Zelenskiyə sevgi, Putinə nifrət

Hörmətli oxucular, təxminən bir həftəyə yaxındır ki, Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti davam edir. Həftə içində Rusiya, paytaxt Kiyev şəhərini bombalamaqdadır. Lakin iki dəfə , kütləvi şəkildə hücuma keçsə də, nəticə əldə edilməmişdir. Şərq, şimal, çənub istiqamətində şiddətli döyüşlər davam etməkdədir. Hətta Rusiya Ukraynanın bir neçə kəndini işğal etmişdir. Lakin görünür, hər şey Putinin istədiyi kimi getmir. Rus ordusu Ukrayna ordusunun müqavimətini qıra bilmir.

Putin getdikcə dünyada öz reytinqini məhv edir.
Aldığımız xəbərə görə çox sayda rus əsgəri özləri bilərəkdən təslim olurlar. Digər tərəfdən isə, bəzi ağır texnika idarəedənlər öz yanacaqlarını boşaldaraq irəliləməkdən imtina edirlər.
Bir sözlə, Rusiya ordusunun daxilində çatlar baş verməkdədir. Bu isə, Putinə çox böyük zərbədir.

Gəlin müqayisə edək…
Müharibə başlayan gündən bu günə kimi, Rusiyanın bir çox şəhərlərində, eləcə də dünyada Putinə qarşı etirazlar başlamışdır. Hətta bəzi vətəndaşlar öz istəkləri ilə, Rusiya vətəndaşlığından imtina etmişdir. Bu gün dünya, rus xalqı, həm də hərbçilər Putinə qarşı çıxmaqdadır. Bu səbəbdən Ukraynada vəziyyət Rusiyanın istəyi kimi getmir. Ən azından rusların çoxu bunun işğal olduğunu anlayırlar.

Digər cəbhədə isə, bütün dünyanın Ukraynaya və onun lideri Vladimir Zelenskiyə verdiyi dəstəyi görürük. Bu amil xalqda və hərbçilərdə böyük ruh istəyini artırır. Ukrayna xalqı bu gün bir yumruq olaraq Zelenskinin müdafiəsində durmaqdadır.
Diqqətlə fikir verin, bir tərəfdə xalqın sevgisini və dəstəyini qazanan Zelenski, digər tərəfdə xalqın nifrətini qazanan Putin var. Buna görədə bu gün, rus ordusu Ukrayna xalqının müqavimətini qıra bilmir. İnanırıq ki, yaxın zamanda Putin məğlub olacaqdır və öz işğalçı siyasətinə son qoyacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın