Zelenski razılaşmır, Qərb müharibəni uzadır, Putin cənub – şərqə hücum planını işə salır…

Hörmətli oxucular, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti davam edir. Görünür, Putin siyasi gedişlə vəziyyəti dəyişmək istəyir. Rusiya ilk növbədə Luqansk və Donetski tam işğal etməyi və sonra isə həmin ərazidən Krım yarımadasına quru dəhlizi çəkmək istəyir.
Lakin işğalçı Putin bununla kifayətlənməyəcəkdir.

Rus ordusu bundan sonra bir neçə şəhəri işğalda saxlamaqla Krım, Luqansk, Donetski və onları birləşdirən əraziləri ikinci planda saxlayacaqdır. Putin hələ 2014 – cü ilədə işğal etdiyi Ukrayna torpaqlarını unutdurmağa çalışacaqdır.

Bir neçə il gedən danışıqlardan sonra Ukrayna rəhbərliyini razı salmaq üçün, işğal etdiyi cənub-şərq əraziləri istisna olmaqla, bəzi yerləri geri qaytaracaqdır. Rusiya bununla siyasi üstünlük əldə etmək istəyir. Digər tərəfdən baxsaq, birinci gündən belə Putinin planının bu olduğunu görmək olar.

Müharibənin digər problemi isə, haqlı olaraq Ukraynaın rusların bu təklifi ilə razılaşmamasıdır. Görünür, prezident Vladimir Zelenski heç cür Putinin şərtini qəbul etmək fikrində deyil.

Fikir versəniz, bir neçə gün bundan əvvəl İngiltərənin Baş Naziri Boris Consonun təcili Kievə səfəri oldu. Görünür, Zelenski müharibənin uzanacağını bilir və İngiltərə və Amerikadan daimi dəstək almaq istəyir. Üstəlik də digər ölkələrin liderlərinin çıxışı zamanı müharibənin vaxtının uzanacağını qeyd edirlər.
Aldığımız xəbərə görə yaxın zamanda Ukrayna prezidenti Vladimir Zelenskinin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin görüşü gözlənilir.

Sonda qeyd edək ki, Putinin geri yolu yoxdur. Qərb də bunu gözəl başa düşür. Müharibənin uzanması Qərbin planı əsasında qurulub. Amerika anlayır ki, Putin gün ərzində işğalçılıq siyasətinə 5-10 milyard dollar dəyərində maliyyə sərf edir. Bu səbəbdən müharibə uzandıqca, Rusiyanın maliyyə ehtiyatları çökməyə başlayacaqdır.
İndiki vaxtda Qərbi Putinin Ukrayna üzərində qurduğu plan yox, maliyyə bağları maraqlandımaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın