Zelenski bu dəfə Maqsudu xərclədi

 

Bir gündə məşhurlaşan və bir gündə sərvətini itirən, “Lombardlar kralı” kimi tanınan sahibkar “aftafa” Maqsud Ukraynadan Azərbaycana ekstradisiya edilmişdir. Hər kəs bir neçə il bundan əvvəl Azərbaycanda olarkən, Maqsud Mahmudovun İlham Əliyevin ünvanına təriflər yağdırdığını bilir.

Niyə İlham Əliyev sevgisi bu qədər dəyişdi və düşmən obrazına döndü?.
Sahibkar kimi tanınan Maqsud Mahmudovun əmlakı bəzi məmurlar tərəfindən alındıqdan sonra hər şey dəyişdi. Nəticədə sahibkar çıxış yolunu ölkədən çıxmaqda gördü. Maqsud Mahmudov Almaniyada sığınacaq istədiyi bir vaxtda, İlham Əliyev rejimi tərəfindən onun başına açılan oyunlardan, “YouTube” kanalları vasitəsilə aydınlıq gətirməyə başladı. Nəticədə Almaniyada yaşamaq icazəsi ala bilmədiyi üçün son dayanacağını Ukraynaya getməkdə gördü.
Lakin Maqsud Mahmudov bu seçimi ilə, bir müddət əvvəl “AzerFreedom” ailəsinin üzvü Elvin İsayevin Ukraynadan qanunsuz deportatsiya edildiyini nəzərə almamışdır. Nəticədə Maqsud Mahmudovun taleyi Elvin İsayev kimi oldu. Dünən Maqsud Mahmudov Azərbaycana ekstradisiya edildi.

Hərzamankı kimi, Azərbaycan hakimiyyəti özünə məxsus tərzdə, dələduzluq və barəsində külli miqdarda mənimsəmə ilə şərləyərək keçmiş sahibkarı Bakıya gətizdirdi.

Bu işdə Ukrayna hökuməti və prezidenti Vladimir Zelenskinin də əməyi böyük olmuşdur.
Xatırladaq ki, 2019-cu ildə Elvin İsayev də Zelenskinin göstərişi ilə Ukraynada qanunsuz həbs edilərək Azərbaycana ekstradisiya edilmişdir. Avropa demokratiyasına inteqrasiya yolunu tutmuş ölkə və prezident üçün bu tip hərəkətlər qəti şəkildə ziddir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın