Zaxarova Rusiyanı xilaskar kimi qələmə vermək istəyir

Ermənistan və Azərbaycan arasında son günlər baş vermiş gərginliyə görə, Rusiya Xarici İşlər Nazirliyi öz münasibətini bildirib. Rusiya XİN – nin mətbuat katibi Mariya Zaxarova tərəfləri təmkinli olmağa və 10 noyabr bəyanatına əməl etməyə çağırıb. O, üç ölkənin liderlərinin birgə imzaladığı bəyanatın bölgədə sabitlik yaradacağına əmindir. Zaxarovanın sözlərinə görə Ermənistan – Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı çatdığını bildirmişdir. Daha sonra o, Rusiyanın üzərinə düşən bütün köməklikləri etdiyini qeyd etmişdir.

Rusiya rəsmisinin bu çıxışına fikir versək görərik ki, hər zaman olduğu kimi şablon sözlərdən istifadə edilməkdədir.
Deyə bilərik ki, bölgədə sülh və müharibənin açarı Rusiyadan keçməkdədir. Əgər Putin istəsə bir anda Azərbaycan – Ermənistan gərginliyi sülhə dönər. Görünür, hər zamankı kimi Rusiyanın maraqlarında vəziyyəti gərgin saxlamaq durur.

10 noyabr 2020 – ci il bəyanatından bir ildən çox vaxt keçsə də, Ermənistan və Rusiya tərəfi üzərinə düşən məsuliyyəti yerinə yetirmək istəmir. Əksinə, Azərbaycan torpaqlarında “sülhməramlı” adı altında fəaliyyət göstərən rus ordusu, Ermənistan ordusuna təxribat törətməyə hər bir şərait yaratmaqdadır.
Bir sözlə, ermənipərəst Mariya Zaxarovanın çıxışını qulaq ardına vurmaq daha yaxşı olardı. Çünki Rusiya olan yerdə heç vaxt sülh olmur. Bu gün isə, Rusiya XİN – nin nümayəndəsinin sülhdən danışması mənasızdır. Qısası, Azərbaycan – Ermənistan arasında gərginliyin hər zaman Rusiyanın əli ilə yaradıldığını çox gözəl bilirik. Rusiya özünü bölgədə xilaskar kimi göstərmək istəyir. Amma tarix onların əsil kimliyindən xəbər verməkdədir. Bir sözlə, Zaxarovanın bu tip çıxışları bundan əvvəl olub və bundan sonra da olacaqdır. Rusiya bölgədən rədd olmasa, heç vaxt Ermənistan – Azərbaycan arasında sülh və mehriban qonşuluq olmayacaqdır.

Rəşad Şixəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın