Zaxarova: kor, kora, kor deməsə bağrı çatlayar”…

 

Artıq bir neçə gündür Amerika prezidenti Con Bayden və Rusiya prezidenti Vladimr Putin bir – birlərinə qarşı tənqidi deyişmələrdən əl çəkmirlər. Bayden Putinə qatil deyir, Putin Baydenə müalicə olunmağı məsləhət görür. Biri səfirini məsləhətləşmək üçün geri çağırır. Siyasi rəqib olan bu iki ölkə, artıq prezidentlər səviyyəsində də öz düşmənçiliklərini göstərməyə başlamışlar.

Bu cavabların içində isə məni təəccübləndirən Rusiyanın Xarici İşlər nazirinin mətbuat katibi Mariya Zaxarova olmuşdur. Zaxarova öz “İmperatoruna” dəstək vermək üçün hər şeyi kökündən vurmaq istəmişdir. Mətbuat katibi gah, Amerika və Böyük Britaniyanın Ukraynaya müdaxilə etməsindən, gah bu dövlətlərin nüvə sazişlərinə əməl etmədiklərindən gileylənmişdir.

Zaxarova dolayısı yolla Amerika və Avropanı tənqid etməklə, Putinə dəstəyini göstərmişdir. Sonda isə Zaxarova “İngiltərəni İmperiya yaratmaq” fikirlərindən əl çəkməyə çağırmışdır. Rusiya nümayəndəsi amerikanların və Böyük Britaniyalıların demək olar ki, eyni soydan olduğundan bu fikirləri bilərəkdən “ingilislər” səsləndirmişdir.

Bütün dünya Rusiyanın necə aqressiv və imperialist olduqlarını bilir. Bu işdə kimisə günahlandırmaq çox gülüncdür. Necə deyərlər, ” kor, kora, kor deməsə bağrı çatlayar”…

Mikayıl Əsədov.

 

Bunu paylaş: