Zaman gələcək, Rusiya özü Ermənistanı məhv edəcək

Qarabağ döyüşləri bitdikdən sonra Qafqazda nə dəyişəcəyini bir az siyasi təhlil edək. Təbii ki, Azərbaycanın bu qələbəsini həzm edə bilməyən işğalçı Ermənistan bu işdə öz havadarı olan Rusiyanı günahlandıraraq Kremlə qarşı hücuma başlayacaq. Ermənilərin birinci hücum planları “KTMT” üzvlüyündən çıxmaq olacaq, ikinci hücum planları Rusiya hərbi bazalarının olkədən çıxarılması olacaq. Bu əsas iki planın işə düşməsindən sonra isə, Rusiyanın qəzəbli şəkildə demək olar ki, Ermənistanı yer üzündən silmək olacaq. Bu zaman ermənilərin tək ümid yeri Türkiyə və Qərbə  olacağını anlamaq çox da çətin olmayacaqdır. Artıq bu vəziyyətlə bağlı işğalçı Ermənistan prezdenti Nikol Paşinyan Rusiyada (Krasnodar və s) yaşayan ermənilərə göstərişlər vermişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: