Zakir Sultanovda bu qədər pul haradandır və niyə İlham Əliyev Əbülfəz Qarayevi həbs etdirmir?

 

Bakı Ağır Cinayətlər Məhkəməsidə baş tutan Zakir Sultanovun məhkəməsindən araşdırmalar davam etməkdədir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə istintaq zamanı şok faktlar üzə çıxmışdır.
Aldığımız xəbərə əsasən korrupsiya faktı üzrə həbs edilən Zakir Sultanov 4 milyon manat nağd pul ödəməkdən əlavə, onun 600 min dollarlıq və 160 min manatlıq əmlakı müsadirə edilmişdir. Bu, hakimiyyətin əsil iç üzünü ortaya çıxarmışdır.

Bu gün keçirilən məhkəmə Ilham Əliyev və məmurlarının xalqın sərvətini necə oğurladıqlarının sübutdur. Sadə şöbə rəisi xalqdan milyonlarla pul oğurlayıbsa, görün, yüksək vəzifəli məmurlar xalqı necə soyurlar. Bəs niyə həmin dövrdə Mədəniyyət naziri işləyən Əbülfəz Qarayev həbs edilmir?

Hər kəs bilir ki, nazirin imzası olmadan şöbə rəisi xalqın bu qədər pulunu oğurlaya bilməz. İllərdir İlham Əliyevin apardığı daxili siyasət, yəni rüşvət, korrupsiya, məmur özbaşınalığı nəticəsində Azərbaycan xalqı dilənçi vəziyyətində qalmaqdadır. Kimlərsə bizləri qınamasın, çünki bütün məmurları Azərbaycan prezident İlham Əliyev təyin etməkdədir. Ölkədə olan bütün proseslərə və problemlərə ölkə başçısı cavabdehdir. Xalqın heç bir qanun üzərində öz hüququ və seçimi olmadığı üçün İlham Əliyev və məmurları xalqın sərvətini talamaqdadırlar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın