Zakir Qaralov niyə həbs edilmir?

 

Son bir neçə aydır ki, sabiq Baş Prokuror Zakir Qaralovun adı və ona tabe olan adamların adı ölkə gündəmində müzakirə olunmaqdadır.
İlk növbədə Zakir Qaralovun Baş Prokuror işlədiyi bir vaxtda, 2017 – ci ildə “Tərtər 1767” cinayətini gedişatını düzgün icra etməməsi və bu hadisənin baş verməsinin səbəbkarlarından biri olaraq qalmaqdadır. Zakir Qaralov çalışdığı müddətdə, prokurorluq sistemləri böyük korrupsiya, rüşvətxorluq, qanun pozuntuları ilə yadda qalmışdır.

Bildiyiniz kimi, Zakir Qaralov Əliyevlər ailəsinin “Akkord Şirkətlər Qrupu” na da başçılıq etmişdir. “Akkord” şirkəti tək Azərbaycanda çirkli pulların yuyulması ilə deyil, o cümlədən Gürcüstan, Qazaxıstan və s kimi ölkələrdə də eyni funksiyanı icra etmişdir. Digər tərəfdən isə, bu şirkət Azərbaycan büdcəsinin sağa – sola dağıdılmasında böyük rol oynamışdır.
Daha bir məqam isə, bu yaxınlarda “Akkord” şirkətinin xəzinədarı, yəni Zakir Qaralovun səğ əli, xalqı təhqir etməklə gündəmə gəlmişdir.

Saymaqla bitməyən Zakir Qaralov və yaxınlarının cinayətinə daha birini də əlavə etmək olar.
Bu yaxınlarda Yasamal Rayon məhkəməsi Zakir Qaralovun daha bir adamını həbs etmişdir. Rəsul Orucov adlı şəxs sabiq prokurorun quyruq bulayanlarından biri sayılmaqdadır. O, külli miqdarda vergidən yayınmaqla həbs edilmişdir.

Bir sözlə, İlham Əliyev bu qədər cinayəti olan şəxsi həbs etməməsinin səbəbini yuxarıda aydın qeyd etmişdir. Zakir Qaralov illərdir ki, İlham Əliyev və ailəsinin biznesini idarə etməkdədir. Özümüzə təsəlli verərək inanmaq istərdik ki, son zamanlar sabiq prokurorun və quyruq bulayanlarının bu əməlləri İlham Əliyevi yenidən düşünməyə vadar edə bilər. Zakir Qaralovun həbsi ölkədə saysız- hesabsız cinayətin üstünün açılması deməkdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın