Zakir Həsənov Rusiyaya səfərə gedir

Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov sentyabrın 4 -ü Moskvaya rəsmi səfərə gedəcək. Sergey Şayqunun dəvəti ilə Rusiyaya səfər edən Zakir Həsənov ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə dair bir sıra görüşlər keçirəcək. Zakir Həsənovun səfəri Şayqunu bir neçə gün öncə Azərbaycanda səfəri zamanı təkidi ilə baş tutub. Son zamanlar Rusiyanın silah satışının aşağı düşməsi, Kremli çox narahat etmişdir. S. Şayqunun təkidi və Putinin təhdidi ilə Rusiya öz keyfiyyətsiz silahlarını Azərbaycana satmağa hazırlaşır. Biz dərhal rus silahlarından imtina etməliyik və Türkiyə, İsrail və. s bazarlara baş vurmalıyıq. Çünki bizim Rusiyadan aldığımız silahların daha güclüsünü düşmənlərimizə verilməyəcəyinin heç bir təminatı yoxdur. Rusiya hər zamankı kimi Azərbaycana qarşı öz məkrli oyununu oynayacaq.

Ola bilsin ki ,Zakir Həsənov səfərdən geri qayıtdıqdan sonra Nəcməddin Sadıqov işdən çıxarılsın.

İmza; Mikayıl Əsədov.

 

Bunu paylaş: