Zakir Həsənov hər gün bir əmr verir, nə mənası var ?

Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində çıxışı zamanı, düşmənin bütün təxribatlarının qarşısını almağını əmr etmişdir. Dünən Tovuz istiqamətində baş verən atışma zamanı Ermənistanın bir zabiti öldürülmüşdür.
Bu məqamda biz niyə öz torpaqlarımızda anti-terror əməliyyatları keçirmirik və düşmənin silahlanmasını müşahidə edirik? Dəfələrlə Zakir Həsənov jurnalistlərlə görüşdə Ermənistanın hücuma keçməsini gözlədiyini və əks hücum edəcəklərini bildirmişdir. Artıq Tovuz hadisələrindən bu günə kimi o bölgədə silahlar susmaq bilmir, bu təxribatlara biz nə vaxt cavab verəcəyik?
Bizim ordunun döyüş ruhunun yüksək olmasını, ordumuzun müasir silahlarla silahlanmasını və Azərbaycan əsgərinin Qarabağı xilas etməsinə bir neçə gün lazım olacağını düşmən çox gözəl bilir.
Zakir Həsənov, Qarabağımızda çay içməyin zamanı çoxdan gəldiyini sözdə yox, əməldə göstərmənin vaxtıdır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: