Zakir Həsənov, əsgərinə sahib çıx!

Artıq 1 aya yaxındır ki, atəşkəs imzalanıb. Bu müddət ərzində bəzi əsgəri qruplar tərxris edilib. Amma böyük qism hələ də öz hərbi hissələrindədir. Bu hissələrdə olan əsgərlərin vəziyyətinin elə də yaxşı olmadığı xəbərləri gəlir. Bunu heç gizlətmək də mümkün deyil, çünkü hər kəsin bir qohumu, dostu, qonşusu, ən azından yaxını orduda xidmət edir. Narahat verici məqamlardan biri də, əsgərlərin ac qalmasıdır. Bəzi yerlərdə sanki əsgər unudulubmuş kimi təəssürat yaranır və inanın ki, əsgərlər belə düşünməyə başlayıblar. Döyüş getmir və yerləri məlumdur. Bu əsgərlərə qida çatdırmaq belə çətindir?
İkinci problem kütləvi xəstəliyin yayılmasıdır. Covid 19-un tügyan etdiyi bir zamanda əsgərlərin diqqətdən kənar qalması qorxuludur. Aldığımız məlumatlara görə artıq kütləvi yoluxma halları var və ən dəhşətlisi isə, heç bir tibbi yardım göstərilmir. Əsgərlərin valideyinləri, yaxınları dərman alıb göndərir.
Əgər MN öz əsgərinə sahib çıxa bilmirsə, Zakir Həsənovun və digər səlahiyyətli şəxslərin işdən kənarlaşdırılması lazımdır. Əsgərə, həm də qalib bir ordunun əsgərinə bu ögey münasibət təəssüf və qəzəb dogurur. Bizlər təcili şəkildə əsgərlərin bütün ehtiyaclarının təmin edilməsini tələb edirik. Bu əsgərlərə laqeyidlik xalqa qarşı edilmiş təhqirdir.

Sevinc

Bunu paylaş: