Zərdüşt Əlizadənin əsl siması

 

Hörmətli oxucular, bir müddət əvvəl Azərbaycanda bir qrup siyasi ictimai fəallar, prezident İlham Əliyevə məktub göndərmişlər. Həmin məktubda Zərdüşt Əlizadə, Sabit Bağırov və başqalarının adından Ermənistanı sülhə inandırmaq üçün, ölkəmizdə olan erməni əsirlərin azad edilməsi xahiş olunur.
Zərdüşt Əlizadə kimilərin belə bir məktub yazması ölkədə böyük rezonans doğurmuşdur. Azərbaycan tərəfi dəfələrlə ölkədə əsirlərin olmadığını qeyd etmiş və 10 noyabr bəyanatından sonra həbs edilənlərin hərbi əsir sayılmadığını bildirmişdir.

Zərdüşt Əlizadə birinci dəfə deyil, dəfələrlə bu çür addımları ilə ölkədə tənqid olunmuşdur. Təbii ki, Azərbaycan xalqı da sülh olmasının tərəfdarıdır. Lakin tarix boyu biz sülh bağlasaq da, Ermənistan və Rusiya bu sülhə xəyanət etmişdir.
Görəsən, Zərdüşt Əlizadəyə sual verən oldumu? Birnci Qarabağ savaşından bu günə kimi Ermənistanda 5000 nəfərdən çox azərbaycanlı əsir saxlanılmaqdadır və onların 4000 nəfərdən çoxu sıravi vətəndaşdır. Görəsən, Zərdüşt Əlizadə kimilər bu barədə Ermənistan və Rusiya rəhbərliyinə sülh üçün müraciət etmişlərmi?.

Bu insanın dəfələrlə xalqımıza qarşı və tariximizə qarşı əks – təbliğat apardığının şahidi olmuşuq. Sabit Bağırov, Zərdüşt Əlizadə kimilərin, Azərbaycanın torpaqlarını işğal edən, körpəsini, yaşlısını, qadınını öldürən insanlara sevgisi haradandır? Bu “tip” insanlara ölkədə “Şəxsiyyət” vəsiqəsi verilibmi? Verilibsə, kim tərəfindən…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın