Zəngilan şəhəri və bəzi məntəqələr azad edildi

Hər gün bir az da irəli gedirik. Hər gün sevinc dolu şad xəbər gəlir cəbhədən. Bu gün də o şad xəbər gəldi- Zəngilanımız işğaldan azad edildi.
Zəngilan 1993 -cü ildə Ermənistan tərəfindən işğal edilmiş sonuncu rayondur. Zəngilan təslim olmamaq üçün çox döyüşmüş, xeyli sayda -188 insan şəhid olmuşdur və hələ indiyədək xəbəri bilinməyən 44 insan itkin düşmüşdür.
Nəhayət, sona çatdı həsrət və yeni azad edilən torpaqlarımız:
Füzuli rayonu kəndləri;
Dörd Çinar, Kürdlər, Yuxarı Əbdürrahmanlı, Qarğabazar, Aybasanlı
Cəbrayıl rayonu kəndləri:
Sarabşa, Həsəbqaydı,
Füğanlıİmanbağlı
Ağtəpə,Yarəhmədli
Xocəvənd rayonu kəndləri:
Ağcakənd, Mülkidərə
Daşbaşı, Günəşli,Vənk kəndi
Zəngilan rayonu ve kəndləri;
Havalı, Həkari,Məmmədbəyli
Muğanlı, Yaşasın Azərbaycan Ordusu, Yaşasın Vətən!

Əliəşrəf Məmmədov

Bunu paylaş: