Zəngəzur təhvil verilməmiş, Laçın yolunu açılmamalıdır!

Bu günlərdə Laçın şəhəri və ətraf yerlərin Azərbaycana geri qaytarılması məsələsi gündəmdədir. Bəli, 10 noyabr üçtərəfli bəyanatın şərtlərinə uyğun  hərkət etməli idilər, lakin erməni – rus hiyləsi məsələni iki ilə yaxın uzatmış oldu.
Bu gün Laçının Azərbaycana qaytarılması və onun əvəzində Ermənistanı Xankəndi ilə birləşdirən yeni yolun inşasını bəziləri uğur olaraq hesab etməkdədir. Lakin onlar unudur ki,  bütün bu proseslər Azərbaycan torpağında baş verməkdədir. Necə deyərlər: “aldım qoz, satdım qoz” məsələsi.

Hörmətli xalqımız, yaxşı olar ki,  son prosesləri diqqətlə araşdıraq. Azərbaycan bu məsələdə necə uğur qazana bilər ki,  10 noyabr bəyanatında kommunikasiyaların açılması qeyd olunduğu halda, bizlərin Naxçıvanla əlaqəmizin açılması üçün hələ də rəsmi İrəvan yol xəritəsini bizlərə təqdim etməyib?. Amma Azərbaycan tərəfi Xankəndindən Ermənistana çəkilmiş alternativ yolun tikintisini öz üzərinə götürmüşdür. Bu,  nə qədər doğrudur?

Biz bu gün qan tökərək qəhrəman oğulların hesabına qələbə qazandıq. Dünyada  başı dik gəzməyimizə görə onlara borcluyuq. Bəli,  bizə əsl sevinci onlar yaşatdı, amma Rusiya işğalçı qoşunlarının Azərbaycana dəvət edilməsinə kimi…
Elə bu səbəbdən bu gün Ermənistan tərəfi 10 noyabr bəyanatından məharətlə yayınır. Biizə isə öz torpaqlarımızda görməli olduğumuz işləri uğur kimi sırıyırlar.
Unutmayaq ki,  30 il  əvvəldən bu günə qədər bütün proseslər Azərbaycan torpaqlarında gedir. Hakimiyyət isə,  düşmənə bir qapını bağlayanda digər tərəfdən iki qapı açır və bunu böyük siyasət adlandıraraq xalqımıza sırıyır.

İlham Əliyev iki ildir Zəngəzurun açılacağını deyir, lakin digər tərəfdən ermənilərə Xankəndinə getmələri üçün yol tikir. Biz isə bunu uğur saymamışıq və saymayacağıq. Yaxşı olar ki,  hər şey qarşılıqlı şəkildə olsun. Azərbaycan tərəfi Laçın koridorunu bağlamalı və Zəngəzurun açılışından sonra açmalıdır. Bundan sonra hər şeyi 10 noyabr bəyanatına görə həll ediməlidir. Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan tərəfi götürdüyü öhdəliklərin heç birinə əməl etməmişdir. Buna isə Azərbaycan tərəfi qarşılıqlı cavab verməlidir!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın