Yunan mediası Türkiyə ilə müharibədən danışır

Yunanıstan mediasının xəbərinə görə yaxın günlərdə bölgədə müharibə başlaya bilər. Onların fikrincə yunanlar ilk öncə Türkiyəyə hucum edəcəkdir.
İki qonşu arasında getdikcə artan gərginlik, Ankara və Afina arasında düşmən münasibət yaratmaqdadır. Baxmayaraq ki, hər iki tərəf NATO üzvü olmaqla, sərhəd qonşularıdır.

Bəzi yunan ekspertləri Afinanın bu addımını Yunanıstanın məhvi kimi dəyərləndirirlər. Onlar Miçotakisin ağlını başına yığmasını və Türkiyə ilə müharibəyə girməyin ağır fəsadları olacağını qeyd edirlər.
Yunan müxalifəti də qeyd edib ki, Türkiyə Yunanıstanı sadəcə olaraq, qarışqa kimi taptalayacaqdır. Onların sözlərinə görə dünyanın ən güclü ordularından birinə müharibə elan etmək ağılsızlıqdır.

Hörmətli oxucular, sizlərə əvvəlki yazılarımızda bu işlərin arxasında kimlərin olduğu haqda məlumat vermişdik. Amerikada olan türk düşmənləri, Fransanın intiqam hissi və Türkiyəni əl altında saxlamaq istəyən almanlar Yunanıstanı qurban verməyə hazırlaşırlar.

Türkiyəni gözü götürməyənlər Yunanıstana dəstək verməklə qardaş ölkəni NATO-dan xaric etmək fikirlərindədirlər. Onlar yunanların əli ilə Alyansa qardaş ölkəyə qarşı etiraz yaratmaq istəyirlər.
Buna misal olaraq Avropa Birliyi öz hərbi gücünü yaratmaq üçün ilıərdir baş sındırmaqdadır. Lakin ən asan yolu NATO-dan Türkiyəni çıxarmaq üçün, Alyansın sadəcə adını dəyişdirməklə Avropa ordusu yaratmaq istəyir.
Bu gün qoca qitə hərbi gücünü qurmağın ən asan yoluu bunda görür.
Bu səbəbdən yunanları qurban kimi ortaya atmışlar.

Lakin NATO-dan Türkiyəni çıxarmaq elə də asa iş deyildir. Birincisi, Alyansın elə bir hüququ da yoxdur. İkincisi isə bəzi ölkələr anlayır ki, Türkiyə NATO-nu tərk etsə, uduzan tərəf Avropa olacaqdır. Bunula da Rusiyanın Avropanı işğal etmək planı daha da asan olacaq.
Bu gün Yunanıstanın və onu müharibəyə çəkənlərin planının nədən ibarət olduğunu açıq şəkildə görmək olar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın