Yunanıstan Türkiyə gəmisinə hücum etdi

 

 

Türkiyənin Müdafiə naziri Hülusi Akarın sözlərinə görə, Yunanıstana məxsus hərbi təyyarələr Türkiyə gəmisini təhdid etmişdir.. Bir müddət əvvəl hər iki dövlət arasında buz əriməyə başlasa da, aralarında yenidən gərginlik yaşanmışdır. Yunanistanın Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Egey dənizindəki Türkiyə gəmisinə qarşı hücum etmək istəmişlər. Egey dənizində “Çeşmə” adlı Türkiyənin gəmisinin elmi-tətqiqat apardığı bir vaxtda bu baş vermidir.

Hülusi Akarın sözlərinə əsasən, dərhal cavabları verilmiş və yunan təyyarələri geri çəkilmişlər.
Ehtimal olunan budur ki, həmin ərazilərə yaxın Yunanıstana məxsus “İskiri” adasında hərbi təlimlər keçirilməkdədir. Ola bilsin ki, bu səbəbdən də hər iki tərəfdən gərginlik müşahidə olunmaqdadır. Türkiyə tərəfinin verdiyi məlumata əsasən bölgədə vəziyyət sabitdir və elmi-tədqiqat gəmisi fəaliyyətini davam etdirməkdədir.

NATO bu barədə açıqlama yayaraq tərəfləri sakitləşməyə çağırıb. Xatırladaq ki, Hər iki ölkə NATO-nun üzvüdür və illərdir birgə fəaliyyət göstərməkdədirlər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: