Yunanıstanın Türkiyəyə qarşı təxribatının sonu, onun parçalanması ilə nəticələnəcəkdir

Türkiyə və Yunanıstan arasında vəziyyətin getdikcə daha da ağırlaşdığını görürük. Yunanıstanın Türkiyənın bir neçə kilometrliyindəki adaları silahlandırmasına rəsmi Ankaranın etirazı bölgədə vəziyyətin gərginliyindən xəbər verir.

Yunanıstan bilir ki,  Türkiyə ilə heç vaxt bacara bilməyəcəkdir, niyə öz intiharını imzalayır?
Bəli, bir tərəfdən Yunanıstanın Avropa Birliyindən aldığı milyardlarla borc Afinanı məcbur edir ki,  onların əmrlərinə tabe olsun. Digər tərəfdən yunanlara bu sərf edir ki,  bununla vaxt udsun və borc yiyələrinə özünü yaxşı tərəfdən göstərsin.
Bilirik k,  Türkiyə Amerika, Fransa, Almaniyanın planlarını Yaxın Şərqdə,  Qarabağda, Afrikada, Suriyada, İraqda və Ukraynada məhv etdi. Bu göstəricilər də Türkiyəyə yuxarıdan aşağı baxan ölkələrin heç də xoşuna gəlmədi.
Buna görə Yunanıstan alət kimi qarşıya atılıb və ipi çəkilənə kimi istifadə olunacaqdır.

Hörmətli oxucular,  bu gün sizlərlə yaxın zamanda Türkiyə Yunanıstan sərhədlərinin dəyişəcəyinidən söhbət açmaq istərdik. Yunanlar nə qədər artistlik etsələr də, ortada qurban olacaqlarını anlamırlar.

İlk növbədə qeyd edək ki,  Avropada baş verən iqtisadi tənəzzül, Yunanıstanın yenidən borclanmasına gətirib çıxaracaqdır. Lakin əvvəl götürdüyü 500 milyardadan çox borcu olan yunanların üzünə qapı bağlanacaqdır.
Digər tərəfdən isə, Türkiyəyə qarşı müharibə Yunanıstan kimi dövləti yer üzündən siləçəkdir.
Dünyada baş verən iqtisadi böhran, rəsmi Afinanın borclanması  və Türkiyə ilə müharibə Yunanıstanın İtaliya, Türkiyə, Amerika – Fransa – Almaniya arasında bölüşdürülməsinə gətirib çıxaracaqdır!. Bu səbəbdən Qərb verdiyi borcu necə geri qaytaracağını yaxşı bilir. Əsasən də ərazidə olan güc dövlətlərlə bölüşərək.

Hər halda, Türkiyə də bu planı yaxşı görür və anlayır. Sadəcə,  rəsmi Ankara öz vaxtını gözləməkdədir. Qərbə isə, yunanlara verdiyi borcu yenidən diriltmək lazımdır. Buna görə də üç tərəfli əməkdaşlıq hər üç tərəf üçün ən optimal vəziyyət hesab olunur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın