Yumurtanın qiymətinin qalxmasının səbəbi: Monopoliya, vergi qanunsuzluğu və İlham Əliyevin daxili siyasətidir

 

İlham Əliyevin daxili siyasəti nəticəsində Azərbaycanda yumurtanın qiyməti qalxmaqdadır. Sarı yumurtanın dənəsi 30 qəpik, ağ yumurtan isə 25 qəpik oldu. Azərbaycan hakimiyyəti qiymət yüksəkliyini xarici ölkələrdəki alış qiyməti ilə dəyərləndirir. Ölkəmizin yumurtanı ən çox idxal etdiyi ölkə Türkiyə olduğundan, ordakı qiymətlərə görə ölkədə bahalaşma baş verdiyi qeyd edilir. Maraqlısı budur ki, qonşu ölkələrdə yumurtada bahalaşma olmadığını görürük.

İstərdik ki, sizlərlə bu qiymət artımının nə səbəbdən baş verdiyini dəyərləndirək;

İlk öncə demək istərdik ki, yumurta ən ucuz başa gələn məhsullardan biridir. Müəyyən istehsal sahələrində süni yolla yaradılır və bu səbəbdən başqa ölkələrdən Azərbaycana yumurta gətirilməsi absurddur!.

Digər tərəfdən qiymət artımına təsir edən amillərdən biri , Azərbaycanda olan “monopoliya” dır. Yüksək səviyyəli məmurlar tərəfindən yaradılan monopoliya, ölkədə süni qiymət artımına yol açır. Yəni hansı tərəfdən baxsanız, bütün çətinlik qara xalqın üzərinə düşməkdədir.

Yumurtanın qiymətinin qalxması ilə bağlı daha bir fikir isə, Azərbaycanda olan vergi avtoritetliyidir. Vergi orqanlarının ölkədə necə çalışdığından xəbəriniz vardır. Ölkəmizdə vergi sistemi bu çür işləməkdədir, kimlə hansı qiyməti ödəməyə məcbur edilərsə, o vəsait şərtsiz ödənməlidir. Belə olan halda sahibkarlar, verdikləri qanunsuz vergi vəsaitini geri qaytarmaq üçün, istehsal etdikləri malların satışından çıxarmalı olurlar. Bu yolla da süni qiymət artımı baş verir.

Bizə bütün dünya necə gülür.
Dünya bazarında neftin-qazın qiyməti getdikcə pik həddə çatmaqdadır. Lakin ölkəmizdə bütün istehsal məhsullarında artım görsək də, insanların yaşayış tərzində heç bir irəliləyiş müşahidə edilmir. İnsanların gəlirləri aşaı səviyyədə olduğu vaxtda bütün məhsulların qiymətində yüksəliş olması yolverilməzdir. İlham Əliyev və hakimiyyəti bu yolla xalqın sərvətini talayaraq xalqı qul vəziyyətinə salmaqdadırlar.
Bir sözlə, yumurtanın bahalaşmasının xarici idxalla əlaqəsi yoxdur. Monopoliya, vergi qanunsuzluğu və daxili uğursuz siyasət ölkəmizdə yumurtanın və başqa məhsulların bahalaşmasına gətirib çıxarır. Bü gün İlham Əliyevin Azərbaycan xalqı üzərində qurduğu siyasət budur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın