Yoxa çıxmış Şeyx…

Əziz həmvətənlər, dəyərli Azərbaycan xalqı. Bu gün terrorist, işğalçı Ermənistan tərəfindən işğal edilmiş Qarabağımızın azad edilməsi uğrunda başlatdığımız haqq savaşının artıq 10-cu günüdür. Mənfur düşmənimiz olan Ermənistanın zorla işğal etdiyi tarixi Azərbaycan torpaqları olan Qarabağımızı şücaətli, məğrur ordumuz azad etməkdədir. Lakin təəssüflər olsun ki, başlatdığımız haqq savaşına dövlət nümayəndələrindən, xalqdan fərqli olaraq Azərbaycanın dırnaqarası dini lideri Qafqaz Müsəlmanları İdarəsinin sədri olan  Şeyxülislam Allahşükür Paşazadə bu 10 gündür davam edən müharibə zamanı bir dəfə də olsun çıxaraq orduyla, xalqla birlik-bərabərlik nümayiş etdirməmişdir. Bir ölkənin ki, dırnaqarası dini lideri olan bu şəxsin orduya və dövlətimizə dəstək olmaması onun necə bir insan olduğunu göz önünə qoyur. Bəlkə köləsi olduğu fars molla rejimi İran icazə vermir? Bəlkə radikal İran ağaları susmasını əmr etmişlər və məhz buna görədir ki, dırnaqarası Şeyx ağzına su alaraq susub. Sanki ölkədə heçnə baş vermirmiş kimi özünü aparır. Onsuz da özünün də dediyi kimi, heç bir zaman vicdanın nə olduğunu bilməyən və dini öz şəxsi maraqları üçün istifadə edən, haram yolla, qanunsuz işlərlə qazandığı milyonları ölkə xaricinə çıxaran dırnaqarası Şeyx Allahşükür indi çevrilib sülh quşu olub? Məgər Şeyxülislam Allahşükür Paşazadə bilmirmi ki, bütün dinlərdə deyildiyi kimi İslamda da oğurluq haramdır? Oğru din başçısı… Gerisini siz fikirləşin.

Bu gün xalq iqtidar-müxalifət demədən, dinindən aslı olmayaraq ölkədə yaşan hər kəs, hər bir fərd bir yumruq kimi ölkə başçısı İlham Əliyevin ətrafında birləşərək, dövlətə və ordumuza həmrəylik nümayiş etdirir.
Ar olsun Şeyxülislam hacı Allahşükür Paşazadə kimi dövlətinə, millətinə dəstək olmayan din xadiminə.

Sonda bir faktı qeyd edim ki, Allahşükür Paşazadə Azərbaycanın suverenliyinin bərpasında, ölkə vərəndaşlarının vicdan azadlığının təmin olumasında göstərdiyi xidmətlərə görə prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordenilə təltif edilmişdir.

Əziz Əzizli

 

Bunu paylaş: