Yorulmadınızmı ???

Hörmətli oxucular, Azərbaycan Xarici İşlər Naziriliyinin mətbuat şöbəsinin rəhbəri Leyla Abdullayeva xəbər vermişdir ki ,Livanda baş vermiş partlayışdan sonra erməni əsilli Livan vətəndaşlarının, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonunda yerləşdirilməsi nəzərdə tutulub. Artıq neçə illərdir erməni tərəfi bəzi ölkələrdən erməniləri işğal olunmuş ərazilərimizə yerləşdirirlər və bu proses davam edir. Çox təəssüf ki, XİN hər dəfə olduğu kimi ,yenə də şablon sözlərlə xalqın qarşısına çıxır. Bu da İlham Əliyevin xarici siyasətinin çox aşağı səviyyədə olmasının göstəricisidir. Dünyanın ən güclü təşkilat və komitələri Azərbaycanın işğal altında olan torpaqlarında hər hansı bir hərəkəti şiddətlə qınayır. İlham Əliyevin nəyi və kimi gözlədiyini anlamırıq, çünki düşmən heç bir zaman bizim torpaqları sülh yolu ilə geri qaytarmayacaq.Bunu Azərbaycan xalqı XİN, MN , İlham Əliyev və hakimiyyəti çox gözəl anlayır .Sonda düşmən hər zaman sənə qarşı təxribat edəcək ,əsas odur ki, sən cavabını vaxtında verəsən

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: