Yolların və xalqın qənimi – BNA

 

Hörmətli oxucular, indi yazacağım mövzu ən yaralı yerimizdən biridir. Belə bir deyim var: “ölkədə mədəniyyət yollardan başlayır”.Yol mədəniyyəti işçiləri isə boğazdan yuxarı hər kəsi bezdiriblər. Harada baş biləni, daş biləni, başı boş savadsızlar varsa , “Bakı Nəqliyyat Agentliyin” – də tapmaq olar. Bu qurumdakılar sadəcə insanların psixologiyası ilə oynayıb, stress verməkdən başqa bir iş görmürlər. Avtobus yollarını enlədib, öz aləmlərində marşrutlara xidmət baxımından yol çəkirlər.

Sadə avtonəqliyyatların gediş – gəlişinə bilərəkdən manelər törədirlər. BNA-nın məqsədi nəzareti kənara qoyaraq ,ölzəri üçün pul qazanmaqdır. Bu lazımsız qurumun işi sadəcə maşınları “oğurlayaraq” cərimə meydançasına aparıb, nəqliyyatın yiyəsini soymaqdan ibarətdir. Vətəndaşları incidən 2-ci bir qurum kimi yadda qalan BNA, hər gün vətəndaşlar tərəfindən “təhqir” obyekti olurlar. Büdcədən ayrılan vəsaitləri mənimsəməklə xaqın xeyrinə heç bir iş görmûrlər. Məqsədləri xalqın qanını içməkdir. Buraxdıqları kobud səhvlər ucbatından, əhali öz işlərini vaxtında çatdıra bilmir. Səbəb isə BNA-nın yaratdığı özbaşınalıqdır.

Hətta elə vaxtlar olur ki, İnsanlar bir avtobusun özbaşınaliğının uçbatįndan saatlarla tıxaclarda qalırlar. Saatlarla dayanacaqda marşrut gözləyən cavan, yaşlı, ahıl, əliuşaqlı, gənc bu qurum ucbatından nə avtobusların vaxtını izləyə bilir, nə də marşrutlar gəldiyində sıxlıq ucbatından minə bilir. İşinin öhdəsindən gələ bilməyən bir qurumun başçısı, vəzifəsindən istefa vermək əvəzinə, gecə – gündüz kreslosunda yatır. Yolların gediş – gəliş istiqamətini, avtobus infrastrukturunu işləyib ərsəyə gətirmək üçün ağıllı başlar lazımdı. İlham Əliyevin səriştəsiz məmurları xalqı bu vəziyyətə salır.

Tənqid edilən halda da həzm edə bilməyib, “qoçu”ları ilə birgə hücuma keçirlər. Bilmirsən bunlar yol işçiləridir, yoxsa “reket”lərdir. Hətta taksi sürüçüləri belə bu “reket”- lərdən təngə gəliblər. Hakimiyyətdən dərhal, xalqa qarşı bütün orqanlarının “reket”-liyini dayandırmağı tələb edirik. Sonda BNA- ya bildirmək istəyirəm ki, öhdəsindən gələ bilmədiyiniz işi buraxın,  millət öz istədiyi yolu bildiyi kimi getsin.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: