Yevgeni Mixaylov: Ermənilərin Rusiyaya girişinə qadağa qoyulsun

 

Rusiyalı siyasətçi Yevgeni Mixaylov erməniləri təhqir etmişdir. O, bu yaxınlarda İrəvanda keçirilən mitinq zamanı ermənilərin Rusiyanın və Vladimir Putinin ünvanına təhqiramiz sözlər işlətməsi Kremlin siyasi elitasını bərk qəzəbləndirmişdir. Mixaylov qeyd etmişdir ki, ermənilər “Rusiya satqındır, Putin bizi satdı” kimi şuarları səsləndirənlərə bizim ölkəyə girişi qadağan edilməlidir. Politoloqun sözlərinə görə ermənilər yaxşılıq anlamır, bu gün bizi təhqir edənlər sabah Rusiyaya gələrək özlərini heç nə olmamış kimi aparırlar. Bir sözlə Kremlin əsas sözçülərindən biri qeyd edir ki, rusları təhqir edənlərə sanksiya tədbiq olunmalıdır.

Bizlərin diqqətini isə çəkən məqam, Yevgeni Mixaylovun “biz erməniləri hər zaman xilas etmişik” kəlməsidir. Bu sözlərlə rusiyalı siyasətçi Osmanlı dövründən indiyə qədəri nəzərdə tutur.
İlk öncə Mixaylova cavabım budur: Osmanlı zamanında ermənilər Paşa vəzifəsini belə daşımaqda idilər. Osmanlı sultanları ermənilərin azlıq tayfa olduğu üçün, heç bir döyüşlərdə iştirakına icazə vermirdi. Bu isə onların qorunması anlamına gəlirdi.
Sonda isə ermənilər rusların dəstəyi ilə Osmanlıya xəyanət etdilər. Bu günə kimi rusların erməniləri əlində alətə çevirdiyini etiraf etmək lazımdır.

Digər tərəfdən Qarabağ döyüşləri nəzərdə tutularsa, hər zaman ermənilər “rusların əli ilə” Qafqazda qətliamlar törətmişlər. Qarabağ problemini isə yaradan Rusiyadır, ermənilər sadəcə bu siyasətdə bir alətdirlər.

Sonda Azərbaycan atalar sözü ilə bitirmək istərdik: nə atarsan aşına, o da çıxar qarşına. Necə deyərlər tarixən kef içində yaşayan ermənilər, Osmanlı kimi imperiyaya xəyanət etdisə, niyə də Rusiyaya etməsin?

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın