Yetər xalqa qənim kəsilmiş təyinatlı deputatlarının qudurğanlıqları!

 

Uzun illər Azərbaycan hakimiyyətinin verdiyi siyahı əsasında Milli Məclisə təyin olunmuş “stajlı” deputatlar Azərbaycandakı məmurlara “cəzasızlıq” şəaitindən istifadə edib özlərinə “qara gün” üçün çoxsaylı obyektlər tikmiş, əldə etmişlər. Restoranlar, şadlıq evləri, hotellər, gecə klubları, fahişəxanlar– bir sözlə, əmtəə bolluğu yaratmalı olan fabrik zavoddan başqa nə desən tikmiş, əldə etmişlər.Belə sabiq deputatlardan biri də nəfsini idarə edə bilməyərək otağında saxladığı xanım işçisinin arxasını sığallayan və buna görə ölkədə biabır olan, əxlaqi-mənəvi dəyərləri ilə “seçilən” Hüseynbala Mirələmovdur. Şixovdan maşınla keçəndə 10 illərdir gözə “dürtülən” “Min bir gecə” restoranı da, demə Mirələmovun imiş. Bəli, “Min bir gecə”nin “nə gecələri” və nə kimi üzdəniraq gündüzləri olur. Bunu cibləri haram pulla dolu olan çoxsaylı məmurlar, “iş adamları”, onların dairəsində fırlanan gədə-güdələr yaxşı bilirlər. Dünən də keyfiyyətsiz yemək verildiyinə görə ora dəvət olunmuş tanınmış jurnalistlərimiz Əvəz Zeynallı ilə “Siyasi reaksiya “TV-nin aparıcısı Zaur bəyi ora dəvət edirlər və oradakı bahalıq, boş yerə cib soymalarla və keyfiyyətsiz yeməklə bağlı hazırlanmış status FB-də yayılır. Elə Mirələmovun da qoçu dəstələri bundan sonra jurnalistlərimizə basqıya keçir və onları az qala orada həbsə alıb “Miərələmovun barələrində çıxaracağı qərarı “icra edəcəklərimiş”. Bu riyakar “araqatanlığın” davam edib Hüseynbala Mirələmovun “hökmü” verilməsin deyə, jurnalistlər yemədiklərinin də pulunu artıqlaması ilə stolun üstünə qoyub aradan çıxırlar ki, Hüseynbalanın “Min bir gecə”də qurduğu “həbsxanada” ilişib qalmasınlar. Bəli, uzun illərdir xalqımıza sırınan bu deputatların hansını qurdalasan elə “Min bir gecə” dəki vaqeələrdən birinə, beşinə rast gələcəksən.

Mən bütün məsuliyyətimlə deyirəm: –Azərbaycandakı məmur özbaşınalığının ən qatısı məhz elə o “toxunulmazlıq hüququ” olan deputatlardan baş verir. Ancaq göz yumulur. Baş aparan bu başı boşlar– cibləri dolu, milli vətənpərvərliyə qənim kəsilmiş bu “başlar” başına qalıb xalqa göz yarası olduqca, hələ çox “vaqeələr” baş verəcək.Əgər ölkə başçısı bunları ağıllandırmaq üçün bir ciddi addım atmırsa, onda Azərbaycan xalqı özü aşağıdan təşkilatlanmalı,ölkədə qanunların işləməsi üçün tədbirlər görüb, öz müqavimətini dinc yolla və ancaq qətiyyətlə ortaya qoymalıdır. Bu gözəl xalqımızın da onun qayğısını çəkəcək,ona xidmət edəcək qanuni yolla seçilmiş millət vəkillərini görmək, onlarla qürurlanmaq haqqı vardır. Kimsə bu haqqa girə bilməz, kimsə xalqın birliyi qarşısında hansısa ədalətsiz işlərə göz yuma bilməz. Yetər ki,xalq öz gücünü, birliyini hiss edib təşkilatlanmış halda dinc MÜQAVİMƏT- ini ortaya qoya. Yetər “Min bir gecələrin” xalqa qənim kəsilmiş təyinatlı deputatlarının qudurğanlıqları!

Rövşən Öntürk.

Bunu paylaş:

Bir cavab yazın