Yens Stoltenberq Rusiyaya sərt xəbərdarlıq etdi

 

NATO-nun baş katibi Yens Stoltenberq, Rusiyanı bəzi ölkələrin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. O, Gürcüstan və Ukraynanın özünün seçim hüququ olduğunu bildirib.

Stoltenberq, Rusiyanın bütün aqressiyasının cavabı olacağını, bunun nəticəsində rəsmi Moskva siyasi və iqtisadi zərbələr ala biləcəyini söyləmişdir.
O, Rusiyadan dərhal işğalçı siyasətinin dayandırılmasını, işğal etdiyi Abxaziya, Cənubi Osetiya, Krımı, Donbası, Dnestryani ərazilərini azad etməsini tələb etmişdir.

Görünür, son vaxtlar, Ukraynanı NATO-ya qəbul etməyə calışan Qərb, Rusiyanın aqressiyası ilə qarşılaşacağını başa düşərək xəbərdarlıq edir. Əhalisinə və mövqeyinə görə Ukrayna NATO üçün ən optimal ölkə kimi qalmaqdadır.

NATO-nun baş katibi Yens Stoltenberqin, birbaşa şimal qonşularımıza xəbərdarlıq etməsi vəziyyətin ağır olduğundan xəbər verir. Hər halda, hər iki tərəfdən ağır nəticələr olacağını anlamaq çox çətin deyildir. Deyə bilərik ki, NATO ilk dəfədir ki, bu cür ağır tonla Rusiyaya xəbərdarlıq edir. Bu səbəbdən vəziyyətin ciddi olmasını nəzərə almalıdırlar.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın