Yeni qanuna əsasən, sosial media və müəllif hüquqları, hakimiyyətin nəzarətinə götürülür

 

Azərbaycan prezidenti İlham Əliyev mediya orqanlarına aid, yeni qanuna dəyişikliyi təsdiq etmişdir. Ölkəmizdə hakimiyyət tərəfindən, təzyiqlərlə üzləşən mediya orqanları nəzarətə götürülür. Hakimiyyətin bu hiyləsi ölkədə olan mediya orqanları və işçilərinə olan təzyiqlərin göstəricisidir.

Yeni qanuna əsasən Mediya orqanlarında müəllif hüquqlarının qorunması və informasiyanı yayan jurnalistlərin gəlir götürməsi nəzərdə tutulur. Çoxları bu qanuna İlham Əliyevin dəyişiklik etməsini müsbət qiymətləndirsələr də, əsil mahiyyət başqadır.

Hakimiyyətin planına diqqət yetirsəniz, müəllif hüquqlarının qorunması deyərkən, yəni məsuliyyət daşımaq nəzərdə tutulur. Bu qanun tək mediya agentliklərini nəzərdə tutmur. Digər tərəfdən, sosial şəbəkələrdə fəaliyyət göstərənlər də bu qanuna şamil edilir.

Bəs gəlir mənbələri necə olacaqdır?. Burda azad söz hüququndan danışmaq mümkünsüz olacaqdır. Hakimiyyət tərəfindən maliyyələşdirilən bu məsələ, onların da nəzarətində qalacaqdır. Burdan belə çıxır ki, hakimiyyət jurnalistərin məlumat və yazılarını bəyəndiyi halda, maliyyə yardımı verəcəkdir. Lakin jurnalistlərin yazılarını bəyənmədiyi halda isə, müəllif hüquqları adı altında məsuliyyətə cəlb edəcəkdir.

Yeni qanun və qanuna dəyişiklik tam olaraq hakimiyyətin nəzarətinə keçəcəkdir. Ölkədə ağır durumda olan “söz azadlığ” ı tam olaraq nəzarətdə saxlanacaqdır. Çoxları məcburən pul qazanmaq üçün, İlham Əliyev və hakimiyyətinə təriflər yağdırmalıdır, əks halda həbs oluna bilərlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın