Yeni qanun layihəsi: Əliyevlər özünü “Krallıq” elan edir

 

Azərbaycanda daha bir görünməmiş hadisə baş vermişdir. Milli Məclisin yeni qərarı ilə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti və Vitse-prezidentlərinə “ömürlük diplomatik pasport” veriləcəkdir.
Çoxları hələlik bu qanun layihəsinin nəyə işarə olunduğunu anlamır. Beləliklə, prezident İlham Əliyev (keçmiş vitse-prezident) və indiki vitse-prezident Mehriban Əliyeva bu ömürlük diplomatik pasport almaq hüququna malik olacaqdır.

Bu qanun layihəsi Azərbaycanda Əliyevlər ailəsinin “Krallığı” nın təməlinin qoyulmasını təsdiq edir.
Ömürlük diplomatik pasport nə deməkdir?
Burda əsas məsələ “ömürlük toxunulmazlıq” hüququ əldə etməkdir. Belə ki, , bu tip qanunlar dünyada yalnız “Kral ailələrinə və Vatikan liderlərinə” aid edilir.

Beləliklə, görünür, Milli Məclisin sifarişli deputatlarının yaltaq qərarları Əliyevlər ailəsinin əbədiləşdirilməsinə yönəlib. Azərbaycan Respublikası adı, yavaş – yavaş dəyişdirilərək “Krallıq” adı alacaqdır. Əliyevlər ailəsi, Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün, “ömürlük diplomatik pasport” köməklik edəcəkdir. Sonda bir daha qeyd etmək istərdik ki, ömürlük diplomatik pasporta malik şəxslərin toxunulmazlıq hüququ da daimidir. Hər bir cinayətdən asanlıqla yayına bilirlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın