“Yeni il” və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü ” münasibəti ilə təbrik edirik!

Bu gün – dekabrın 31 – i, 2020-ci ilin son günüdür. Xalqımızı qarşıdan gələn “Yeni il” və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü ” münasibəti ilə təbrik edirik!
2020-ci ildə Azərbaycanın ən böyük uğuru əzəli torpaqlarımızın erməni işğalından azad edilməsi oldu. Bu qələbəni şəhidlərimizin canı,qanı bahasına qazandıq. Onların xatirəsinə hörmət edərək bu il şənliklər keçirilmir və bu gün saat 00 – da bir dəqiqəlik sükut olacaq. Qarabağın azad edilməsi tək 2020-ci ilin yox, bütün Azərbaycan tarixinin uğurudur.


Lakin bununla birlikdə həm də
2020-ci ildə Azərbaycanın demokratiya və insan haqları göstəricisi daha da pisləşmişdir. Belə ki, 2020-ci ildə kütləvi həbslər, rüşvətxorluq, korrupsiya və məmur özbaşınalığl getdikcə artmışdır. Bu isə ölkəmizi beynəlxalq səviyyədə sanksiyalarla üz-üzə qoymuşdur.
2020-ci ilin daha bir mühüm məsələsi “Tac Virusu” nun yayılması oldu. Dünya ölkələrini iflic edən bu virus Azərbaycandan da yan keçmədi. Bu virusdan xalqın müdafiə edilməməsinin səbəblərindən biri də
Azərbaycanda səhiyyəsinin bərbad vəziyyətdə olmasıdır.


Yeni il üçün arzularımız coxdur;
Ümid edirik ki, 2021 -ci il xalqımız üçün demokratiya, insan haqları və rüşvətxorluğun olmadığı bir il olsun. Xalq bu 44 günlük müharibə dövründə necə yumruq kimi birləşdisə, eləcə də birləşib öz hüquqlarının müdafiəsi üçün mübarizəyə qalxsın.
Yeni ilə yeni ümidlərlə !

Mikayıl Əsədov.

Bunu paylaş: