Yeni Akıncı PUA-ları artıq döyüşə hazırdır

 

Hörmətli oxucular, bir müddət əvvəl sizlərə Türkiyənin yeni Pilotsuz Uçuş Aparatı olan “Akıncı”barədə məlumat vermişdik. Bu günlərdə Türkiyənin baş konstruktoru Səlcuq Bayraktar “Akıncı” PUA-larının yeni təklimləşmiş versiyasını təqdim etmişdir. Hələlik, bu PUA – ların göstəriciləri gizli saxlanılmaqdadır. Cari ilin bəzi döyüş əməliyyatlarında ( Bahar Kalkanı) istifadə edilən Akıncılar, yüksək nəticələr göstərmişlər.
Bu PUA-ların daha bir əsas xüsusiyyəti isə, tam Türkiyə istehsalı olmasıdır.
Əvvəlki Akıncıların göstəriciləri, 12 min metrdən çox yüksəklikdə uça bilir və 1350 kq yükdaşıma qabiliyyətinə malik idi. 24 saat havada fasiləsi qala bilirdi.

Yeni Akıncı hücum PUA-ları isə, daha sürətli, daha çox yük, daha yüksək ucma qabiliyyətinə malik olacaqdır. Akıncı PUA-larının ən əsas göstəricilərindən biri göyləri tam fəth etmə qabiliyyətinə malik olmasıdır. Daha bir göstəricilərinə görə, Akıncı dünyanın güc dövlətlərini qorxuya salmışdır:
1) Havada elektron maqnit sisteminin tətbiq etməsi.
2)Radardan məharətlə yayınma sistemi.
3) Atmosfer qatında sərbəst hegemonluq etməsi.
4) Hədəfə alınması ehtimalının çox az olması. ( yəni Akıncını döyüş əməliyyatlarında vurmaq demək olar ki, mümkünsüzdür.
5) Yüksək manevr, hədəfi dəqiq nəzarətə götürməsi.
6) Bir necə hədəfi bir anda müəyyən edə bilməsi.

Bir sözlə, atmosfer qatında yeni komanda məntəqəsi kimi də fəaliyyət göstərə bilər. Hələlik Akıncıları daha yaxında Ukrayna da istehsal etmək istəyir. Bu ilin sentyabrında orduya təqdim edilməsi nəzərdə tutulmaqdadır. Yaxın zamanda yeni Akıncıları Azərbaycan səmasındada görə biləcəyik. Akıncının göylərə qalxmasında isə ən çox narahat olan ölkə Rusiya olacaqdır. Türkiyə yavaş – yavaş dünya silah bazarından Rusiyanı sıxışdırmağa başlamışdır. Rusiyanın silah bazarındakı mövqeyinin zəifləməsi, həm NATO, həm də Türkiyəyə yaxın olan dövlətlər üçün önəmli məsələdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın