Yeni “Akıncı” lar 14 kilometr hündürlükdə uçdu

Türkiyənin son zamanlar hərbi sənayesinin gücləndiyinin şahidi oluruq.Yerli mütəxəssislər demək olar ki, hər gün yeniliyə imza atmaqdadırlar. Aldığımız məlumata görə qardaş ölkə ordusunun təminatının demək olar ki, 80 faizini yerli silahlarla qarşılamaqdadır.

Bu gün isə qeyd etdiyimiz xəbər Türkiyə ilə yanaşı Azərbaycanının da xeyrinədir. Söhbət “Akıncı B” Pilotsuz Uçuş Aparatlarından getməkdədir.
Deyə bilərik ki, test edilən yeni model “Akıncı” PUA-sı rekorda imza atmışdır.

Türkiyə Müdafiə Nazirliyindən verilən xəbərə görə Uçuş testləri zamanı “Akıncı B” modeli rektord qıraraq 14 km hündürlüyə qalxmışdır.
“Bayraktar” şirkəti tərəfindən yaradılan yeni PUA təxminən ilk ücuşu zamanı 20 saat havada qalmışdır. Üstəlik də 2 ədəd 750 at gücündə təmin olunmuşdur.
Beləliklə, Türkiyənin test etdiyi “Akıncı” PUA-sı yeni bir uğura imza atmışdır. Bu gün dünyada Türkiyə istehsallı silahların uğur qazanması bizlər və bütün türk dünyası üçün çox vacibdir. İnanırıq ki, yaxın zamanda Azərbaycan tərəfi də “Akıncı B” silahına maraq göstərərək öz arsenalına qatacaqdır. Ən azından 44 günlük Qarabağ müharibəsi zamanı, “Bayraktar” şirkətinin istehsal etdiyi “Bayraktar TB2” PUA-larının gücünü gördük. Tezliklə “Akıncı B” PUA-larının da gücünü bütün dünya görəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın