Yenə rus-erməni həyasızlığı

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirmiş ki, Dağlıq Qarabağ məsələsinin həllində Beynəlxalq Təşkilatlar tərəfindən Türkiyənin yer almasına işğalçı Ermənistan tərəfi etiraz etmişdir. Ermənistan bu məsələdə Türkiyənin Azərbaycanın tərəfində olmasından narazıçılığını dilə gətirmişdir. Təbii ki, artıq 30 ildir Rusiya, Fransa, Amerikanın ermənilərin maraqlarını qorumaqlarına bir etiraz etmədən bu Azərbaycanın tələbinə qarışmağı nə qədər düzgündür?
Bu günlərdə daha aktiv olan tərəf kimi Rusiya və Fransa artıq Qarabağ məsələsini hayasızcasına işğalçı Ermənistanın xeyrinə çıxartmaq istəmələri ikili standarlardan irəli gəlir. Bu gedişatın Sergey Lavrovu heç bir zaman qane etmədiyini üzündəki cizgilərdən bilmək olur. Dünyada güya terrorla mübarizə aparan bu üç dövlət nədənsə Azərbaycanın əzəli torpaqlarındakı erməni terror birləşmələrinə silah yardımları edirlər. Hansısa dövlətlərin sifarişlərinə baxmayaraq Qardaş Türkiyəmiz Dağlıq Qarabağımızın həll edilməsində tərəfdaş kimi iştirak etməlidir.

Mikayıl Əsədov.

Bunu paylaş: