Yenə də milli maraqlarımıza zidd “Sülh” sazişi imzalanacaq…

 

Uzun müddətdir ki, İlham Əliyev Azərbaycan daxilində rusiya meyilli siyasət aparır. Azərbaycan xalqına qəzəbi və sərt mesajlar verməyi, yaxın zamanlarda Ermənistanla Rusiyada hazırlanan sülh sazişinə, imza atması ilə əlaqədar olacaq. Ara sıra efirlərdə xalqa səslənən ölkə başçısı, xalqın işğaldan azad olunmuş torpaqlara qayıtmasını iradla soruşmağı buna bir nümunədir.

 

Yəni “qayıtsaz da, qayıtmasaz da artıq Rusiya ilə gizlin danışıqlarda, erməni xalqını hissə-hissə ora köçürəcəyik”. Xankəndinə elektrik enerjisinin verilməsi də buna əyani sübutdur. Çünki İlham Əliyev Kremldən gələn tapşırıqları icra edir. Çıxışlarında tez-tez “5-ci kolon”u vurğulayan və sərt tənqidlərə məruz qoyan hakimiyyət başçısı, məhz bu əməllərinə görə elə özü 5-ci kolon sayılır. Misal olaraq, Ukraynadakı vəziyyəti göstərmək olar. Xalq tərəfindən seçilən Zelenski, Moskvanın agenti Medvesçuku sıxışdıraraq sıradan çıxarır. Medvedçuk Ukraynada 5-ci kolon sayılır və parlamentdə 10% dərəcəsində yer tutma hüququ var.

Azərbaycana gəlincə isə, Kremlin tapşırıqlarını icra edən İlham Əliyevin və ərtafıdır. Qeyd edək ki, imzalanmış sənədlərdə Azərbaycanın maraqlarına ziddiyyət təşkil edəcək, müddəalar yer almaqdadır. Məlum bəyanatın şərtlərinin pozulmasına irad bildirməyən Azərbaycan rəhbərliyi, qeyd edilən və milli maraqlarımıza uyğun olmayan sülh müqaviləsini imzalayacaq. Gözlər önündə irəliləyən gedişat, deyilənlərin reallaşacağına dəlalət edir…

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: