Yeganə çıxış yolu nədir?

 

Rəsmi Bakının ATƏT bayrağı altında yenidən Minsk Qrupunun danışıqlara qoşulmasına razılıq verməsi, xüsusilə bu “turist” həmsədrlərin Xankəndinə getməsinə verilən icazə TARİXİ YANLIŞLIQDIR və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirə biləcək yolverilməz addımdır. Azərbaycan prezidenti İlham Əliyev 44 günlük müharibənin Minsk qrupunun 30 ildə görmədiyi işlərini həll etməsi ilə bağlı bütün dünyaya dəfələrlə verdiyi bəyanat və ardınca da tamamilə haqlı olaraq Minsk qrupundan nümayişkaranə imtina etməsi Azərbaycanın öz ərazi bütövlüyünü həll etməsi baxımından həlledici uğur idi. “Bəs nooldu,” yenəmi “Minsk qrupu”, yenəmi “turist” həmsədrlər, yenəmi onların xalqımızın vətən hissi ilə oynamaları, zəhlətökənlikləri… Yenəmi ermənilərin ölkəmizin ərazi bütövlüyünü “”danışıqlar prosesinin predmeti” etməsinə alçaqcasına çalışma prosesləri…

Artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını tanıyır, qəbul edirdi. “Bəs nooldu”, bu hakimiyyət öz mövqelərindən geri çəkildi? Hakimiyyətin Minsk qrupu həmsədrlərini yenidən ölkəmizə buraxılması xalqımızda şok effekti yaratmışdır. Bu gözlənilməz addımın atılması təəssüf doğurmaqla yanaşı, xalqı çox məyus etmişdir. Yenidən ölkəmizin maraqlarına kökündən zidd olan “Madrid prinsipləri” dirçəldilə bilər və bu hakimiyyətin bacarıqsızlığı ucundan, bunun belə olacağı təlaşı da böyükdür. Bu qədər böyük insan itkiləri, maddi itkilər verib əldə etdiyimiz böyük uğurlardan addım-addım geri çəkilməyə nə üçün gedildi anlaşılmır. Bunun izahı aydın şəkildə xalqa verilməlidir. Xalqın iradəsindən kənar bu addım nə üçün atılmışdır, bunu xalqın bilməsi haqqı yoxdurmu?! Təsadüfi deyil ki, Minsk qrupuna Azərbaycan icazə verdikdən sonra Lavrovun ötən gün Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla telefon danışığı proseslərin yenə başqa axara gedə biləcəyinin anonsu sayıla bilər. Mirzoyan Lavrova deyib ki, Ermənistanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tanınmış prinsiplər və elementlər əsasında bərpasından məmnundurlar. Bu “tanınmış prinsiplər” son nəticədə Yuxarı Qarabağı, hələ üstəlik Laçın dəhlizini də” bizdən almağı hədəfləyən “Madrid prinsipləri” bataqlığıdır Azərbaycanımız üçün.

Azərbaycan hakimiyyətinin nədən bu razılığı verməsi heyrət doğurur. Bu addımı atmaqla Azərbaycan hakimiyyəti çox böyük yanlışlığa yol verib. Hesab edirik ki, hakimiyyət təcili bu səhvini düzəltməlidir. Əgər artıq gecdirsə, onda iqtidar bütövlükdə istefaya gedib hakimiyyəti xalqa qaytarmalıdır ki, xalq iştirak etmədiyi 30 illik sülh danışıqlarının bic balası “Madrid prinsiplərini” rədd edib tarixi gerçəkliyə, Azərbaycanın Konstitusiyasına və beynəlxalq hüquqa söykənib Yuxarı Qarabağımızın başı üzərini yenidən alan qara buludları dağıdıb Azərbaycan dövlətinin suverenliyini həmin ərazilərdə bərpa etsin. Görünən odur ki, manyak Putin Rusiyası Yuxarı Qarabağa sülhməramlı adı ilə soxulub, orada “иницативаны” öz əlinə almaq üçün bu 44 günlük müharibənin banisi olmuş, indi də məqsədinə çatdığı üçün və Azərbaycan xalqının qırımını gördüyü üçün ermənipərəst Minsk qrupunu da oyuna qoşub yenidən “status”, “sülh”, “turist gediş – gəlişi” oyunlarına başlayaraq bir 30 il də Azərbaycana baş ağrısı olacaq. Son bir ildə Yuxarı Qarabağla bağlı bütün prosesləri, danışıqları, detalları təhlil edəndə bu gəlinən nəticə bütün çılpaqlığı ilə görünür. Bu rəzil durumdan yeganə çıxış yolu Azərbaycan xalqının gecikmədən öz müqavimət gücünü yaradıb, xalqın birliyinə nail olub Yuxarı Qarabağı erməni-rus işğalından azad etməkdir.

Rövşən Öntürk.

Bunu paylaş:

Bir cavab yazın