Yaxın günlərdə üçtərəfli görüş baş tuta bilər

Erməni mediası qeyd edir ki,  avqustun 31 – də Rusiyanın paytaxtı Moskvada Ermənistan Baş Naziri Nikol, Azərbaycan prezidenti İlham Əliyev və Vladimir Putinin üçtərəfli görüşü baş tutacaqdır. Bu görüşdə əsas 10 noyabr bəyanatının bəndlərinə ayıd fikir mübadiləsi aparılacaqdır. Söhbət Ermənistan və Azərbaycan arasında artan gərginliyin aradan qalxması gözlənilir.

Erməni mediası qeyd edir ki,  İlham Əliyev bu görüşdə Zəngəzurun, Laçın və ətraf kəndlərin Azərbaycana geri qaytarılmasını israr edəcəyini qeyd edir. Məsələ burasındadır ki,  avqustun 25 –  də Ermənistan tərəfi Laçın və ətraf kəndləri Azərbaycana geri qaytaracağı barəsində öhdəlik götürüb. Görünür,  Moskva görüşü də elə buna hesablanmışdır ki,  Paşinyan bu məsələni bir az uzatsın. Ancaq ermənilər qeyd edir ki,  Azərbaycan tərəfi 31 avqustda tələblərini sərt şəkildə bildirəcəkdir.

Araşdırmamız bunu göstərir ki, Putin bu görüşdə də Rusiyanın işğalçı maraqlarını qorumağı özünə borc biləcəkdir. Məsələ burasındadır ki,  Rusiya burada Zəngəzur dəhlizinə nəzarəti əlinə almaq üçün razılığı İlham Əliyevə məcbur edəcəkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya prezidenti Vladimir Putinin son Soçi görüşündə bu barədə razılıq əldə edildiyi deyilir.
Putinin də Paşinyan və Əliyevi yenidən Moskvaya çağırmağınında əsas məqsədlərindən birinin bu oduğunu görə bilərik.
Rusiya Azərbaycan və Ermənistan arasında konfilikt yaratdığı kimi,  hər məsələdə də maraqlarının olduğunu göstərmək istəyir.

Bir sözlə,  31 avqust görüşü yenə də Ağanın maraqları əsasında qurulacaqdır.
Digər tərəfdən isə, Azərbaycana Rusiyanın Zəngəzurda olan maraqları sərf edir. Əgər Rusiya bu dəhlizi nəzarətə götürmüş olsa,  Moskva bununla  İran və Ermənistandan Naxçıvan –  Azərbaycan əlaqələrini sığortalamış olur. Beləliklə,  üçtərəfli görüşün Zəngəzur dəhlizinə aid hissəsində Rusiyadan sonra Azərbaycan öz maraqlarını qorumuş olacaqdır.

Lakin bizləri narahat edən rus- erməni hiyləsidir ki,  rəsmi Bakı bu görüşdə ehtiyatlı olmalıdır.
Hər halda,  bu görüşdən sonra Brüsseldə yenidən liderlərin görüşü nəzərdə tutulacaqdır. Ən azından Putin də elə etmək istəyir ki,  Ermənistan narazı qalıb Avropaya meyillənməsin.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın