Yasamal rayonundakı “Qanlı Göl” sakinləri etiraz edirlər

Bakının Yasamal rayonunda yerləşən “Qanlı Göl” adlanan sahədə yaşayan insanlar etiraz aksiyası keçirmişlər. Onlar yaşadıqları yerin “Kristal Abşeron” adlı tikinti şirkəti tərəfindən alındığını bildirirlər.
Sakinlərin etirazı həmin şirkətin onlara verdiyi təkliflərlə razılaşmadığını qeyd edirlər. Sakinlər qeyd edirlər ki, üstəlik də insanlara təklif etdiyi satınalma qiymətlərinin bazar qiymətlərindən aşağı verildiyi üçün etiraz edirlər.

“Kristal Abşeron” şirkəti sakinlərə həmin ərazidə olan evləri satmadığı halda, tikiləcək binalarda onlara mənzil verəcəyini bildirmişdir. Lakin həmin mənzillərin hazır olacağı vaxta qədər təklif edilən şərtlərlə yerli sakinlər razı deyil.
Sakinlər qeyd edir ki, şirkət binanın tikiləcəyi vaxta qədər müvəqqəti yaşamaq üçün onlara mənzillər təklif etmişdir, lakin həmin mənzillər paytaxtdan mərkəzdən çox uzaq olduğundan insanlar bununla da razılaşmamışdır.

Bir sözlə, ölkədə sahibkar vətəndaş müharibəsi bitmək bilmir. Demək olar ki, bu cür problemlər ölkənin hər yerində müşahidə olunur. Problemlərin böyüməsinə səbəb isə, hökumətin biganəliyidir.

Bilirik ki, sahibkarların arxasında kimlər durur. Bu səbəbdən sonda əzilən, aldadılan, uduzan sadə vətəndaşlar olur. Qanuna görə əgər sahibkar vətəndaşın evini almaq istəyirsə, ona razılıq əsasında, ən azından bazar qiymətindən bir az yüksək qiymət təklif etməlidir.
Əgər müvəqqəti köç edirsə, bu zaman, sahibkar vətəndaşın şərtlərini qəbul etməlidir. Azərbaycanda isə hər şey tərsinədir. Vəziyyətdən sui-istifadə edən sahibkarlar öz yuxarıda oturan adamlarına güvənərək vətəndaşlara elə şərtlər təklif edirlər ki, sonda bu cür etirazlar baş verir. Şərtləri qəbul etməyən vətəndaşlar sonra təzyiqlərlə üzləşirlər.
Bir sözlə, sonda sahibkarlar öz kanalları vasitəsi ilə vətəndaşları hər bir şərtləri qəbul etməyə məcbur edirlər.

Bu gün ölkədə yaranan alqı-satqı problemlərinə dövlət tərəfindən heç bir nəzarət yoxdur. Əgər hakimiyyət ədalətli yanaşsaydı, bu cür hadisələr hər gün efirləri bürüməzdi.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın