“YAP” partiyasında nələr baş verir, niyə İlham Əliyev bu məmurları bağışlamır?

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev lideri olduğu Yeni Azərbaycan Partiyasının qurultayını keçirmişdir. YAP – ın qurultayında partiyada yeni islahatlar aparılmasına qərar verilmişdir. Bu qurultay zamanı, partiyada ilk dəfə olaraq “veteranlar” şurası yaradılmışdır.

 

Bəs görəsən, YAP – da nələr baş verir? Partiyaya vitse – prezident Mehriban Əliyeva yeni sədr müavini, Baş Nazir Əli Əhmədov icraçı müavin təyin edilmişdir. Əsas məsələ isə Ramiz Mehdiyev “Veteranlar” Şurasını üzvü seçilsə də, Siyavuş Novruzov, Əli Həsənov (keçmiş Prezident Aparatını şöbə müdiri), Əli Həsənov ( keçmiş Baş Nazirin müavini) idarə heyətində yer almamışlar. Səbəbi isə keçmişdə İlham Əliyevə sədaqət göstərməmələri olmuşdur.. O ki qaldı Ramiz Mehdiyevə, sanki İlham Əliyev ona qarşı sərt addım atmaqdan çəkinir. Bəlkə də Ramiz Mehdiyevin həm Heydər Əliyevə, həm də İlham Əliyevə çalışdığı səbəbindəndir. Burda incəliklər mühim rol oynayır.

Gələk indi Azərbaycanın ” medal kolleksiyası” sahibi Siyavuş Novruzova;
S. Novruzov haqqında isə artıq hər şey məlumdur. Buraxdığı səhv üzündən növbəti dəfə deputat mandatından məhrum ediləcəkdir, yəni növbəti Milli Məclis seçkilərində istəyi qəbul edilməyəcəkdir. Bu məsələ onu gostərir ki, hələ İlham Əliyev onlara qəzəblidir və prezident tərəfindən bağışlanmayıblar.


YAP üçün biabırçı korrupsiya qalmaqallarıdan sonra qurultay keçirmək nə dərəcədə düzgündür? Yarandığı gündən, Yeni Azərbaycan Partiyasının əsas məqsədi dəyişməz olaraq qalır – korrupsiya, rüşvətxorluq, insan haqları, məmur özbaşınalığı. Düz 28 ildir ki, ölkədə YAP-ın başçılığı altında xalqın sərvətin talayırlar. Bu bir reallıqdır, çox təəssüf ki, ölkəni idarə edən məmurlar bir quldur dəstəsi kimi bu partiyanın altında birləşərək, xalqın gələcəyini məhv edirlər.

Mikayıl Əsədov.

Bunu paylaş: