YAP-da yoxlamalar başladı, Siyavuş Novruzovu Əli İnsanovun taleyi gözləyir?

 

Aldığımız xəbərə əsasən, Yeni Azərbaycan Partiyasında maliyyə yoxlamaları başlamışdır. YAP – dan verilən məlumata görə isə bu yoxlamalar hər il baş verməkdədir, sadəcə bu il bu işi Hesablama Palatası aparacaqdır.
Burda maraqlı sual ortaya çıxır; Vergilər nazirliyi, Baş prokurorluq və Maliyyə nazirliyi deyil, bu işə Hesablama Palatası cəlb edilib. Bildiyiniz kimi, illərdir YAP-ın maliyyə işləri üzrə sədrləri Əli Əhmədov və Siyavuş Novruzov olmuşlar.
Görünür, bu yoxlamalarda, əsas hədəf Siyavuş Novruzovdur. Bildiyiniz kimi, bir müddət əvvəl Ramiz Mehdiyevin toy qalmaqalından sonra Siyavuş Novruzov YAP sıralarından xaric edilmişdir. İllərdir həmin partiyanın maliyyə işlərini görən Novruzovun bu gün hədəf seçilməsinin səbəbi nədir?.

Çünki illərdir dövlət büdcəsindən YAP partiyasına milyardlarla pul ayrılmışdır. Bu gün isə rəhbərliklə heç də yaxşı münasibətdə olmayan Siyavuş Novruz hədəf seçilmişdir. İnsanlar unudur ki, bu partiyanı Heydər Əliyevlə birgə yaradan Əli İnsanov da nə vaxtsa bu vəziyyətə düşəcəyinə inanmırdı. Lakin zaman gəldi, özü hədəf seçildi. Yəqin ki, Siyavuş Novruzovun vəziyyəti bu yoxlamalardan sona daha da pisləşəçəkdir. Bu partiya yaranan gündən nə xalqına, nə də dövlətçiliyimizə xidmət etmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın