YAP-çıların müəmmalı həbsi və ölümü…

 

Son vaxtlar Yeni Azərbaycan Partiyasının həbsdə olan sabiq üzvlərinin müəmmalı ölüm xəbəri yayılmaqdadır. Bir müddətdir ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi nəticəsində, bir neçə məmur korrupsiya ittihamı ilə həbs edilmişdir. Məsələnin kökünü araşdıranda aydın olur ki, söhbət korrupsiyadan deyil, “Qara kassa” ya xəyanət edənlərdən getməkdədir. Əgər korrupsiya ilə məmur həbs edilərsə, gərək böyükdən kiçiyə kimi bütün məmurlar həbs edilsinlər. Bu məsələnin başqa tərəfi

İlk öncə eyni vəziyyətdə Ağstafa rayonunun sabiq icra başçısıdan başlayaq. Nizaməddin Quliyev sentyabr ayının 8 – də həbsdə olarakan vəfat etmişdir. Bu gün isə, eyni şəraitdə həbsdə olan, Milli Məclisin sabiq deputatı Rafail Cəbrayılovun ölüm xəbərini aldıq. Ara-sıra isə eyni ittihamla həbs edilən Yeni Azərbaycan Partiyasının üzvlərinin həbsxanalarda vəziyyətlərinin ağır olduğunu eşidirik. Hər iki məmurun ölüm səbəbinin isə koronavirus olduğu dövlət tərəfindən qeyd edilməkdədir.

Əsl səbəb koronavirus olmadığını deyə bilərik. Sabiq YAP-çıların ölüm səbəbi həbs olunarkən işgəncə görməsidir. Fikir versəniz, ölən və həbs edilən məmurların yaxınları bu günə kimi susmaqdadırlar. Məmurların yaxınlarının susmalarından, həkimlərin rəsmi rəylərinin olmamasından və hakimiyyətin xarakterindən deyə bilərik ki, YAP-çıların həbsxanalarda ölüm səbəbləri, işgəncə və şiddət üzündən olmuşdur. Reallıq bu gün bunu deməyə məcbur edir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın