Yalnız təşəkkül tapmış millət öz dövlətini qurmaq iqtidarına malikdir!!!

Qazilər Şəhidlərimizin dolaşan ruhlarıdır.
Sadəcə bu dövlətə düşmənçilik edən məmurların intihar mənbəyinə çevriliblər. Qaziləri özünəqəsd həddinə çatdırmaq Şəhidlərimizin ruhlarını öldürmək deməkdir.
Məqsəd Şəhidləri müqəddəsləşdirməmək, Qaziləri igidlik simvoluna çevirməyə imkan verməmklə, əldə olunan yarımçıq qələbəni onların deyil, bir nəfərin adı ilə bağlayaraq yalançı qəhrəman obrazı yaratmaqla kasta rejiminin ömrünü uzatmaq, Şəhid ailələrinə, Qazilərə əlavə məsrəflər xərcləməmək, imtiyazlar verməməkdən ibarətdir. Qazilərin son nəfərə qədər intihar etməsində maraqlı olan rejim onların tamamilə kökünü kəsmək, bununla da müharibədə qələbənin əsas mənbəyi olan Şəhidləri və Qaziləri xalqa unutdurmaqdır…
Avtoritarizmin sabit dövrü bir qayda olaraq şəxsiyyətə pərəstiş mərhələsi ilə müşayət olunur. Müharibələrdəki uğurlar isə bu prosesi daha da sürətləndirir. İkinci dünya müharibəsindən sonra SSRİ-də Stalinin timsalında şəxsiyyətə pərəstiş stixiyasını xatırlamaq kifayətdir.
Rejim öz mahiyyətini son dövrlər açıq şəkildə ortaya qoyub. Bu xalqa nifrətlərini, qisas aldıqlarını, xarici havadarlarının tapşırıq və göstərişlərinə əsasən bütün üsüllardan və metodlardan istifadə edərək Azərbaycanda dövlətçilik ənənəsinin özəyini məhv etmək, burada hüquqi dövlət deyil, xaotik, fəsadları on illərlə aradan qaldırıla bilməyəcək xarabalıq yaradaraq, onun bütün sərvətlərini insan resursları qarışıq tamamilə talayıb, məhv etmək və sonda aradan çıxmaq istədiklərini gizlətmirlər.
Azərbaycana bir dəstə quldur basqın edib, hakimiyyəti ələ keçirərək xalqla zalım rəftar edir. Çünki xalq zülmkarı sevir, ona dinməz-söyləməz itaət edir. Nə vaxt bu sevgi tükənəcək onda bu günkü rəzalətə son qoyulacaq. Onda da artıq gec olacaq. Bu xalq öz taleyinə hakim çıxmağı bacarmır. Heç vaxt da bacarmayıb. Ona görə də həmişə o, bu gəlib bizə öz maraqlarına uyğun dövlət qurub. Ya da ki, qurulan milli hökumətləri bir neçə ayın içində devirərək zalımları və yadelliləri hakimiyyətə gətirmişik.
Yalnız təşəkkül tapmış millət öz dövlətini qurmaq iqtidarına malikdir!!!

Nur An Əsər.

Bunu paylaş:

Bir cavab yazın