Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandı və yeni ərazilərimiz azad edildi

Dövlət Müstəqilliyi Günü bu il bizə ikiqat sevinc verən gün oldu.
Xudafərin körpüsü Ermənistanın işğalından bu gün azad edildi. Azərbaycanımızın üç rəngli bayrağı artıq bu körpüdə dalğalanır.
Xudafərin körpüsü İran və Azərbaycanı birləşdirən Araz çayı üzərində Şəddadi hökmdarı Fəzl İbn Məhəmməd tərfindən 1027 -ci ildə Rəvvadilərlə mübarizə aparmaq üçün salınmışdır.
Xudafərin körpüsü Ağa Məhəmməd Şah Qacarın Azərbaycana yürüşü zamanı dağıdılmışdır, ancaq sonradan yenidən bərpa olunmuşdur.
1993 -cü ildə Ermənistanın Cəbrayılı işğal etməsi ilə Xudafərin körpüsü onlarda olmuşdur. Nəhayət ki, 27 ildən sonra artıq yenidən bizdədir.
Nəinki, Xudafərin körpüsü, bütün Qarabağ bizimdir. Tezliklə şanlı ordumuz bütün torpaqlarımızı azad edəcək işğaldan.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: