Xocavənddə terrorun qarşısı belə alındı

 

Rusiyanın Soçi şəhərində keçirilən üç tərəfili görüşün nəticəsi nəticəsiz qala bilər. İlk öncə Ermənistan Baş Naziri Nikol Paşinyan, bir neçə gün bundan əvvəl Azərbaycanın təklif etdiyi şərtləri qəbul etməyəcəyini qey etmişdir. Daha sonra Ermənistan parlamenti qərar qəbul edərək, Xankəndinə bir neçə deputaı göndərəcəyini açıqladı.
Bu iki təxribat ermənilərə az gəlmiş kimi, dekabrın 3 – də “Rusiya Sülhməramlıları” nın nəzarətində olan Xocavənd rayonu ərazisində daha bir təxribat törədilmişdir.

Erməni kökənli şəxs Azərbaycan əsgərinə hücum çəkərək xəsarət yetirmək istəmişdir. Ona xəbərdarlıq edilsə də, əməl etməmişdir və nəticədə Azərbaycan ordusu tərəfindən məhv edilmişdir.

Son zamanlar Azərbaycan vətəndaşlarına qarşı erməni terroru baş qaldırmaqdır. Şuşa, Xocəvənd terroru buna bir sübutdur. Əgər Azərbaycan tərəfi belə bir təhlükə ilə bir daha qarşı- qarşıya qalsa, beynəlxalq hüququndan istifadə edərək anti-terror əməliyyatları başlada bilər.
Bir sözlə, görünür, Nikol Paşinyan danışıqlardan qaçmaq üçün hər bir təxribata əl atacaqdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın