XOCALI SOYQIRIMInın 30 illiyi ilə bağlı KXCP Ali Məclisinin Bəyanatı

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımın – bəşər tarixinin ən ağır cinayətlərindən birinin 30 ili tamam olur.

XOCALI SOYQIRIMI – Rusiyanın Qafqazdakı hərbi-siyasi kursunu birbaşa icra edən Rusiyanın 366-cı polku və erməni terroritstlərinin Azərbaycana qarşı işğalçılıq müharibələrində dinc əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin ən dəhşətlisidir.
XOCALI SOYQIRIMI- Xocalıda yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə qabaqcadan planlaşdırılmış və törədilmiş kütləvi və amansız qırğın aktıdır.
Rusiyanın 366-cı polkunun komandanlığı ilə gercəkləşdirilən bu dəhşətli cinayət nəticəsində məhz azərbaycanlı mənsubiyyətinə görə Xocalıdakı mülki əhalinin:
-613 nəfəri vəhşicəsinə qətlə yetirilmiş;
-487 nəfəri şikəst edilmiş;
-1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır.
-Girov götürülənlərdən 150 nəfərin (bunlardan: 68 nəfəri qadın və 26 nəfəri uşaq) taleyi bu günədək məlum deyildir.
Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir.
Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Meşələrdə pusqu quran erməni və rus hərbçiləri yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara- dinc sakinlərə aman verməmiş, onları yollarda, xüsusi amansızlıqla qətlə yetirmişlər.
Bu dəhşətli cinayətin üstündən 30 il keçməsinə baxmayaraq, onun təşkilatçıları və icraçıları indiyədək cəzasız qalırlar. Xocalı faciəsi erməni şovinistlərinin Rusiyanın rəhbərliyi ilə Cənubi Qafqazda azərbaycanlılara qarşı qəsbkarlıq, təcavüz, soyqırım və etnik təmizləmə siyasəti olaraq son iki yüz ilə yaxın dövrdə mərhələ-mərhələ həyata keçirdikləri cinayətlərdən yalnız biridir.
Millətin yaddaşına, psixoloji-mənəvi durumuna dərin iz buraxmış XOCALI SOYQIRIMInın 30 illik ildönümünə az müddət qalmasına baxmayaraq ölkənin ictimai-siyasi səhnəsində məntiqi və mənası izah oluna bilməyən bir susqunluq hökm sürür. Baxmayaraq ki, bu hadisənin mahiyyətinin dunyaya çatdırılmasına ciddi ehtiyac və tələbat var.

Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisi:
-XOCALI SOYQIRIMIndakı şəhidlərin, itkinləriin, xüsusi işgəncələrə məruz qalanların və dogma yurdlarından qovulmuş vətəndaşlarımızın ANIM GÜNÜnün Xocalıda keçirilməsini;
-Azərbaycan Respublikasının Baş Prokurorluğundan hadisənin önəmini və taleyüklü olmasını nəzərə alaraq XOCALI SOYQIRIMının 30 illik ildönümünə qədər törədilən hərbi və insanlığa qarşı cinayətlərlə bağlı konseptual bir sənəd hazırlayaraq ölkə və dünya ictimaiyyətinə çatdırılmasını;
-Azərbaycan Respublikasının Prezidentindən Xocalıların və dogma yurdlarından didərgin düşmüş digər Qarabağlıların tezlikə dogma yurdlarına qaytarılmasının təmin etməsini tələb edir.
20 fevral 2022-ci il.

Bunu paylaş:

Bir cavab yazın