Xocalıda nə baş verir?

 

Rusiya “sülhməramlı” adı altında, nəzarət etdiyi Azərbaycan torpaqlarına ordu və hərbi texnika yığmada davam edir.

Bu dəfə söhbət, Xocalı aeroportunda yerləşdirdiyi “Kasta 2e2” hava radar larından gedir.

Azərbaycan tərəfi isə, hər zaman olduğu kimi, xalqa yalan danışmağı üstün tutur. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Xocalıda yerləşdirdiyi radar sistemləri “humanitar” məqsədlərlə istifadə olunmaqdadır.
Belə çıxır ki, Azərbaycan tərəfi Xocalı aeroportunu Rusiyaya verib.

Kasta 2e2 hava radar sistemlərinə fikir versək, anlayarıq ki, bu sistemlərin məqsədi heç də humanistlik deyildir. Bu RLS – lər öz sinfində hava hücumundan müdafiə sistemlərinə aid olduğundan, bizlərdə tam baş fikirlər yaratmaqdadır.
Bu sistemlər Suriyada Rusiya tərəfindən kütləvi şəkildə istifadə olunmaqdadır.
Əsas hədəfi elektron sistemlərin havada aşkar edilməsi, alçaqdan uçan texnikaların aşkarlanması, hətta döyüş təyyarələrini öz radarı vasitəsi ilə aşkar etmək qabiliyyətinə malikdir.

Burda suallar ortaya çıxır:
Niyə? Rusiya humanistlik adı altında müdafiə sistemlərini bizim torpaqlarda yerləşdirir.
Deyə bilərik ki, Kasta 2e2 sistemlərinin əsası Pilotsuz Uçuş Aparatlarıdır. Normativlərinə baxsaq, tam əmin ola bilərik ki, Rusiyanın Xocalıdakı əsil hədəfi nədir. Əsil hədəf humanistlik adı altında, Azərbaycan PUA-larının yerini bəlli etməkdir.

Rusiya Azərbaycan torpaqlarında, Ermənistan ordusu ilə birlikdə Xocalı aeroportu vasitəsi ilə silah daşımaqdadır.
10 noyabr bəyanatından bizə qarşı, bu cür oyun qurulacağını kimsə deyə bilməzdi. İlham Əliyevin bizlər üçün gətirdiyi nəticə göz qabağındadır.

Rusiya İlham Əliyevin razılığı ilə, “sülhməramlı” adı altında Qarabağımıza ordu və hərbi texnikalarını yığır ki, gələcəkdə daha bir geniş Xocalı soyqırımı törətsin. 10 noyabr bəyanatını Azərbaycan prezidenti İlham Əliyev necə imzalayıb ki, biz kənardan hələ də məğlub görünürük. Xocalı aeroportunun Ermənistan ordusu və Rusiya ordusunun nəzarətində olması da buna bir sübutdur…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın