Xarici siyasətin zəifliyi

 

Azərbaycan Mədəniyyət naziri Anar Kərimovun verdiyi xəbərə görə, Türkiyə Mədəniyyət Nazirliyi ilə yaradılmış münasibətlər və bağlanılan müqavilələr , yeni işlərin görülməsinə əsas yaradıb.Belə ki, Azərbaycan -Türkiyə birgə filmlərinin çəkilməsi nəzərdə tutulub.44 günlük müharibədə ordumuzun göstərdiyi qəhrəmanlıqları yüksək keyfiyyətli filimlər çəkməklə həm ölkəmizdə, həm də ölkə xaricindəki insanlara çatdırmaq lazım olduğu bildirilib.


Qardaş ölkənin yüksək texnologiyalı filimlər çəkməkdə peşəkar olduğunu nəzərə alsaq, bizim də gözləntilərimiz artır. Ümid edək ki, bu filmlər müharibədəki qəhrəmanlıqları, fədakarlıqları göstərən və xalqımızı qürurlandıran ordumuzu layiqincə təbliğ edə biləcəkdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin Xocalı qətliamı barədə film çəkməyi də tövsiyə etmişdir. Təbii ki, bu fikirləri tam dəstəkləyirik.

Lakin bizə Xocalı barəsində film çəkilməyindən də vacib olanı Soyqırımı tanıtmaqdır. 20- ci əsrin ən dəhşətli qətliamlarından sayılan “Xocalı soyqırımı” nı dünya müstəvisində tanıtmaqdır. Xocalı faciəsindən 29 il keçsə də, hakimiyyətin səriştəsiz xarici siyasəti nəticəsində, çox az ölkə tanımışdır.

Tarixi faktlara söykənən bu faciəni, sadəcə ölkələrə və Beynəlxalq qurumlara təqdim etmək yetərlidir. Xocalı qətliamında hər şey göz qabağındadır. Yaxşı olar ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bu məsələ ilə bağlı tez bir zamanda tədbir görsün.

Sevinc.

Bunu paylaş: