Xarici diplomatlar erməni vəhşiliyinin şahidi oldular

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, xarici diplomatların müşaiyəti ilə işğalçı Ermənistanın mülki əhali və obyektləri bombaladığı şəhərlərimizə baxış keçirilmişdir. Bu səfərin məqsədi Tərtər, Gəncə, Bərdə, Ağdam və.s rayonlarımızda müharibə zamanı düşmənin mülki əhalini hədəf aldığını və qadağan olunmuş silahlardan istifadə etməsini dünya ictimaiyyətinə çatdırmaqdır.
Hikmət Hacıyev xarici diplomatlara məlumat verərək, heç bir hərbi məntəqəsi olmayan, yalnız mülki əhalinin yaşadığı yerlərin hədəf alınmasının məqsədyönlü olduğunu qeyd etmişdir. Xarici diplomatlara qadağan olunmuş silahların bəzilərinin partlamamış parçaları da sübut kimi göstərilmişdir.
Erməni vəhşiliyi işğaldan azad edilən ərazilərimizdə açıq şəkildə görünür. Artıq dünya şahid oldu ki, Ağdam şəhərində bir dənə də sağlam bir yaşayış məntəqəsi qalmamışdır. Bundan əvvəl eyni vəziyyəti Füzuli və Cəbrayılda da müşahidə etmişdik.
Xarici diplomat və mətbuat orqanları bu vəhşiliyi öz gözləriylə görərək heyrətə gəlmiş və 21-ci əsrin vəhşiliyi adlandırmışlar.

Mikayıl Əsədov.

Bunu paylaş: