Xarici İşlər Nazirliyidə nə baş verir

Xarici İşlər Nazirliyinin keçmiş müavini Nadir Hüseynov prezident İlham Əliyevin sərancamı ilə işdən çıxarılaraq yeni XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.
Bir müddət əvvəl keçmiş XİN Elmar Məmmədyarovun işdən çıxarılmasından sonra müavininin də yola salınması Azərbaycan hakimiyyətinin yazılmamış qanunlarından biridir. Əgər İlham Əliyev Tovuz hadisələri zamanı xalqın etirazı nəticəsində E. Məmmədyarovun işinə səhlənkarlığı səbəbilə işdən azad olunmuşdusa, o töhmət müavinlərə də aid idi və onların hamısı ciddi cəzalanmalı idi. Çox təəssüf ki, həmE. Məmmədyarov həm də Nadir Hüseynov hələ ki, azadlıqdadırlar. Dövlət və millət üçün ən önəmli Nazirliklərdən biri sayılan XİN -nin yol verdiyi səhvlər bağışlanılmazdır. Bu hakimiyyətin bu işdə seyrci mövqe tutması başa düşülən deyil.
Niyə başqa Nazirliklər kimi heç kim, başda keçmiş nazir Elmar Məmmədyarov da olmaqla məsuliyyətə cəlb olunmur?

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: