Xanlar Vəliyev, qəzetdə dərc etdiyi məqaləsi ilə nə demək istəyir?

 

Hörmətli oxucular, son vaxtlar Azərbaycanın Baş Hərbi Prokuroru Xanlar Vəliyevin mətbuatda aktivliyin görürük. Görəsən, illərdir səsini çıxarmayan bu insan niyə son 2 ayda aktivlik göstərir?. Təbii ki, onu danışdıran Tərtər hadisələridir. Hansı ki, 2017- ci ilin əvvələrində, Azərbaycanın daxili elitasında olan xainlər tərfindən, Qəhrəman hərbcilərimizə qarşı divan tutulmasıdır.

 

Digər tərəfdən isə Qurban Məmmədov və AzerFreedom ailəsi tərəfindən 2 ay 4 gündür ki, Tərtər hadisələrini gündəmdə saxlamaqdır. Bu cinayətlərdə əli olan Xanlar Vəliyev çox narahat olmağa başlamışdır.
Hərbi Baş Prokuror vəziyyətin yaxşı olmadığını anlamağa başlamışdır. Bu vəziyyətdən çıxmaq üçün əlinə qələm alaraq “Xalq”qəzetində Heydər Əliyev və İlham Əliyevə yaltaqlanmağa başlamışdır. O, yazıda bəzi sözləri anlamasaq da, belə bir qərara gəldik ki, bununla sanki bir ismarıc ötürmək istəyir.

Tərtər hadisələri ölkədə gündəmə çevriləndən sonra, Xanlar Vəliyevin mediyada aktiv olması, prezidentə qarşı dastanlar yazması nə ilə əlaqədardır?. Artıq həqiqətin üstü açılmaqdadır və əsil xainlər yavaş – yavaş üzə çıxmaqdadır. Xanlar Vəliyev isə günahkar olduğunu bilir və işini yüngülləşdirmək üçün, İlham Əliyev və Heydər Əliyev üçün yaltaq mövzuda məqalələr yazır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: