Xanlar Vəliyev özünün günahsız olduğunu iddia edir, bəs “Tərtər 1767” cinayətində günahsız insanların həbsi?

İyun ayının 16 – da Bakıda Hərbi Prokurorluğu qarşısında, “Tərtər” ə ədalət və Hərbi prokuror Xanlar Vəliyevin istefası” mitinqi baş tutmuşdur. Bu mitinqdən sonra Xanlar Vəliyev açıqlama verərək qeyd etmişdir ki, guya Tərtər qətliamını dayandıran şəxlərdən biri olub və onun istefası absurd məsələdir.
Hərbi prokurorun sözlərindən belə çıxır ki, “Tərtər 1767” cinayətində zərərçəkmişlərin ifadəsi yalandır?
Əgər sübut istəyirsə, çox uzağa getməsin…
Yaxşı olar ki, günahsız yerə həbs edilən, öldürülən, işgəncə görən hərbçilərimizin məhkəmə işlərinə yaxşı baxsın, orada hərbi prokurorluğun vətəndaşlarımızın taleyi ilə necə oynadığını görəcəkdir. “Tərtər 1767” cinayətini araşdıran şəxslərin ifadəsindən açıq – aydın görürük ki, Xanlar Vəliyev bu cinayətin təşkilatçılarından biridir. Xanlar Vəliyev bilməlidir ki, bu cinayətdə özünü günahsız kimi qələmə vermək absurd məsələdir.

Bu da azmış kimi o daha sonra qeyd edir ki, həbs edilənlərin içində xainlər də olmuşdur. Onun son çıxışına diqqətlə fikir versək, çətə üzvü yenə də Azərbaycan hərbçisinə şər-qarayaxma kompaniyasında iştirak etməkdədir.

Hərbi Prokurorun son çıxışını sizlərə təqdim etmək istərdim.
Xanlar Vəliyev: “Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında (Dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları), həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var”.

Bir sözlə, ” Tərtər 1767 ” cinayətinin təşkilatçılarından biri Xanlar Vəliyevin sözlərindən belə çıxdı ki, o, ” günahsız” olsa da, hələ də həmin çətəyə xidmət etməkdədir. Bir tərəfdən günahsız olduğunu deyir, digər tərəfdən isə, günahsız hərbçilərimizə şər ataraq onları Dövlətə xəyanətdə ittiham edir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın