Xankəndində ruslar parada hazırlaşır?

 

 

Vaxt vardı efirlərdə ölkə başçısı İlham Əliyevin, Ermənistanın Baş Nazirinə göstərdiyi “yumruq” az qalsın bayraq üzərində həkk olunacaqdı. Bəli, razıyıq, o yumruqla, torpağımıza göz dikənin, başını da alarıq, canını da. Necə ki, 44 günlük Qarabağ müharibəsində bunu dastan yazan qəhrəman əsgərlərimiz etdi. Məsələnin məğzi bu deyil, əslində fikrinizi “yumruğ”a yönəltmək istəyirəm.

Erməni işğalçılarını ölkəmizdən qovan kimi, diğər işğalçının hücumuna məruz qaldıq. Belə ki, hakimiyyət başçısının göstərdiyi yumruq indi öz başımıza dəyərək, yenidən ölkəmizi Rusiyanın vassalına çevirdi. Niyyətləri sülh olmayanların ölkəmizə sülhməramlı adı altında daxil olması bir yana, digər tərəfdən təxribata əl ataraq, Xankəndində sayı 450-490 nəfər hərbçi olmaqla, 9 May qələbə paradı da keçimək istəyirlər.

Təəssüflər olsun ki, hakimiyyətin bundan xəbəri olsa da, məsələyə hələ də aydınlıq gətirilməyib. Bizim ölkədə, bizim torpaqda parada hazırlıq gedirsə, demək ki, İlham Əliyev razılıq verib. Yox, əgər razılıq verilməyib, niyə rəsmi izahat tələb olunmur? Nəyə əsasən MN bu məsələyə müdaxilə etmir?
Kreml, Rusiyada yaşayan həmvətənlərimizi qovmaqla və parada hazırlaşmaqla, sanki

Azərbaycana ismarıc göndərmiş olur.
Rəşadətli, qürurlu, əzmli əsgərlərimizin, Qazilərimizin, Şəhidlərimizin canı bahasına aldığı torpaqlarda, niyə tarix boyu xalqımıza qarşı təxribatlar törətmiş imperialistlərə parad keçirməyə icazə verilir? Bu torpaqlar bizə məxsusdur və rus sülhməramlılarının işi “sülh” olsa da , özlərini yenə də təxribatcı kimi aparırlar. Rusya işğalçılarını Azərbaycanda görmək istəmirik və qardaş ölkə Qazaxıstan kimi 9 may qələbəsinin ölkəmizdə qeyd edilməsini qəti pisləyirik

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: