Xalqın nifrətini qazanan hökümət

Hörmətli oxucular, mən bir Azərbaycan vətəndaşı və siyasi fəal olaraq bugünkü gün ölkədə baş verən özbaşınalıqlara, insan haqqlarının kobudcasına pozulmasına etiraz edirəm! Bu gün ölkədə baş verənlərə etiraz edərək şəxsi mövqeyimi ortaya qoyaraq bildirmək istəyirəm ki, hakimiyyətdə olanlar ölkənin inkişafı naminə heç bir addım atmayır, yalnız şəxsi maraqları üçün çalışırlar. Azərbaycan hakimiyyəti yarıtmaz, primitiv siyasətini ört basdır etməkdən ötəri, bu gün onlarla barışmayanları, onlara qarşı mövqe tutan, mübarizə aparan, haqqlarını tələb edən insanları şərləyərək həbs etdirir, həbsxanalarda işgəncə verdirir. Bir sözlə desək, Əliyevlərin başçılıq etdiyi hökümət onlara mane olan istər müxalifyönlü, istərsə sadə vətəndaşı bir-bir zərərsizləşdirmək istəyir. Bugünkü iqtidar  artıq xalqın canlanmasından, etiraz dalğasından narahatdır. Axı niyə də narahat olmasın ki? 27 illik Əliyevlər ailəsinin diktatura üsulu ilə idarə etdiyi ölkənin xalqı  yorulmuşdur. Xalq artıq dəyişiklik, yeni nəfəs istəyir. Lakin digər diktatorlar kimi, Əliyevlər-Paşayevlər ailəsi güc yolu ilə zəbt etdiyi hakimiyyəti, güc yolu ilə də əldə saxlamaq istəyir. Azərbaycan xalqının tələb və istəklərini heçə sayaraq, talançı siyasətlərini davam etdirirlər! Bu gün İlham Əliyevin başçılıq etdiyi hökümət, xalqın dəstəyindən tamamilə məhrum olmuş, nüfuzunu, sosial, ictimai siyasi proseslərə təsirini tamamilə itirmişdir. Hakimiyyətin, xalqın artan etirazları qarşısında acizliyi, gücsüzlüyü və sivil rəqabət imkanına malik olmaması göz qabağındadır. Belə davam edərsə ölkədə xaos, anarxiya, xalq-hakimiyyət qarşıdurması qaçılmazdır. Əgər bütün bunlar baş verərsə, sorumlusu bir başa İlham Əliyev olacaqdır!

İmza; Əziz Əzizli.

Bunu paylaş: