Xalqı bu hakimiyyət yenə aldadır.

Hörmətli oxucular, aldığımız statistikaya görə Azərbaycanda bu ilin əvvəlindən on minlərlə iş yeri açılmışdır. Bu, Dövlət Statistika Komitəsinin hesablamalarında qeyd edilmişdir. Lakin xalq bu iş yerlərinin harda olduğundan xəbərsizdir, çünki bu haqda hər il Statistika Komitəsi yalan məlumat yayır.
Belə olduğu halda İlham Əliyevin COVİD -19 -a ayırdığı pullar niyə 600 min insana şamil olunmuşdur? Nəzərə alsaq ki, Azərbaycan əhalisinin 50 faizindən çoxu işsizdir. Necə olur ki, ildən-ilə Azərbaycanda çoxalan işsizlər sizin statistika ilə azaldı. Əgər bizim Statistika Komitəsinə inansaq, gərək bizim ölkə xaricdən Azərbaycana işçi qüvvələr cəlb etsin. DSK yenə yalan danışaraq bu vırus zamanı minlərlə iş yerlərinin bağlanmasını inkar edir.

İmza ; Mikayıl Əsədov.

 

Bunu paylaş: